İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
Ulu öndər Heydər Əliyev
Ümumiyyətlə, iqtisadiyyat dövlətin inkişafının özəyini təşkil edir. İqtisadiyyatı zəif olan bir dövlət heç zaman güclü ola bilməz. Dövlətin inkişafı onun iqtisadi inkişafından bilavasitə asılıdır. Tarixə nəzər salsaq görə bilərk ki, Azərbaycan 1969-1982- ci ilərdə iqtisadiyyat sürətlə inkişaf etmişdir. Bu da heç də təsadüfi deyi, cünki bu dövr Ulu öndərimiz Heydər Əliyevin hakimiyyət dövrünə təsadüf etmişdir. üçün bütün imkanlar mövcuddur.Heydər Əliyev Azərbaycana rəhbərliyin birinci dövründə iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görmüşdür. Heydər Əliyevin iqtisadi inkişaf özünəməxsus inkişaf metodu sayəsində ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyuşdur.Azərbaycan yeni müstəqilliyini qazanandan sonra çox çətin yollar keçdir, müharibənin başlanması, ölkədə xaos yaranmasl, iqtisadiyyatın zəiflənməsi, hakimiyyət üstə gedən savaşlar... Bunlara son qoyulmalı idi. Bu da heç də asan iş deyildir. Pərakəndəliyi və özbaşınalığı aradan götürmək üçün ölkəmizin güclü siyasətçiyə ehtiyacı var idi. Xalq artıq öz seçimini etməyə qərar vermişdi. Bu günkü Azərbaycanın iqtisadiyyat inkişafına və dünya-siyasi yoluna baxsaq görərik ki, xalqımız öz seçimində yanılmayıb və qərar da çox doğru verilmişdir. Heydər Əliyev: “Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah ahlı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.
Qısa zamanda Heydər Əliyev sayəsində Azərbaycan tez bir zaamanda bu iqtisadi böhrandan xilas ola bildi. Vergi və sahibkarlığın inkişaf etdirməsi üçün bir sıra islahatlar keçirdi. Ölkədə iş yerlərinin çoxu bağlanmışdır. Buna görə də pulun inflyasiya dəyərinin aşağı düşmüçdür. Alıcılıq qabiliyyəti azalmışdır və xarici dövlətlərlə iqtisadi əlaqələr yox idi. 1993-cü il təsdiq edilmiş “Azərbaycan Sahibkarlığının İnkişafı” (1993-1995) adlı Dövlət proqramı Azərbaycanda kiçik və orta sahibkarlarının sayının artmasına, xarici ölkələrə iqtisadi ticarət əlaqələrinin yaranmasına müsbət təsir göstərmişdir.
Heydər Əliyevin apardığı bu siyasət bir neçə sahəni əhatə edirdi. Kənd təsərrüfatının inkişaf etdirilməsinə dair bir çox islahatlar həyata keçirildi, aqrar islahatları həyata keçirmək üçün hüquqi baza yaradıldı. 1995-ci il fevralın 18-də “Aqrar islahatın əsasları haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında” qanun qəbul olundu. Heydər Əliyev apardığı siyasətlə yeni inkişaf modeli – Yeni Azərbaycan modeli yaratmışdır. Bu inkişaf özünü hər sahədə - sahibkarlığı, kənd təsərrüfatını, sənayeni, neft sənayesini, magistralları, bank sahəsini, vergi sahəsini, nəqliyyatı və başqa sahələrdə göstəridi. Bu sahələrin inkişafı artıqca onların başqa xarici dövlətlərlə iqtisadi münasibətləri güclənirdi. Bu Azərbaycanın get-gedə güclənməsinə gətirib çıxardı. Heydər Əliyev həmişə deyirdi: “Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını inkişaf etdirə bilməz”. Buna görə də, Heydər Əliyev çalışırdı ki, Azərbaycan başqa dövlətlərlə iqtisadi əlaqələri qurmaq üçün müəyyən inkişaf sahəsinə malik olsun. Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və artırılması üçün dövlət tərəfindən müxtəlif dövrlərdə qəbul olunmuş “Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)”, “Azərbaycan Respubliksaında kiçik və orta sahibkarlığın inkiçafının Dövlət Proqramı (2002-2005-ci illər)” Azərbaycanda sahibkarlığın inkişafına təkan verdi. Bu Dövlət proqramı hal-hazırda da, Azərbaycan Respublikasııının Prezidenti İlham Əliyev cənabları tərəfindən müvəffəqiyətlə davam etdirilir.
Torpaq sahəsində özəlləşdirmə torpaq sahibkarlarına öz pay torpaqlarını azad əkib, becərmək imkanı verildi. Vergi münasibətlərini tənzimləyən bir sıra Qanunlar – “Mədən vergisi haqqında” (1995-ci il), “Əmlak vergisi haqqında” (1995-ci il), “Müəssisələrin və təşkilatların mənfəət vergisi haqqında” (1996-cı il) Qanunları qəbul edilmiş və qüvvədə olan Qanunlara (“Əlavə dəyər vergisi haqqında”, “Fiziki şəxslərin gəlirlərindən vergi haqqında” Qanunlarda və s.) bir sıra əlavə və dəyişikliklər edilmişdir.
Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkəmizin iqtisadi həyatında yeni dövrün əsası qoyuldu. O inkişaf indi də davam etməkdədir. Xaricdəki Ticarət Evlərinin sayı və ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracı artır. Onların fəaliyyətinin gücləndirilməsi məqsədilə təşkilati işlər aparılır. Son illərdə Azərbaycan enerji sektorunun mühüm uğurlar qazanmışdır. Onlardan biri də TANAP layihəsidir. Uzunluğu 3500 kilometr olan, bir neçə ölkəni birləşdirən Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP və TAP layihəsi uğurlu başa çatmışdır. Uzun illər Azərbaycanın işğal altında qalması torpaqlarımızın iqtisadi potensialından istifadəsinə imkan verilməmişdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində düşmən üzərində parlaq qələbədən sonra azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində tədbirlər həyata keçirilir. Ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə bu ərazilərin inkişafının təmin edilməsi nəzərdə tutulan işlərin aparılması məqsədilə Prezident İlham Əliyevin 07 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanına əsasən, işğaldan azad olunmuş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır.
Şəhla Xəlilova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyi Fizika İnstitutu üzrə
ərazi partiya təşkilatının sədri