PDF Oxu

Siyasət

  • 2 503

İqtisadiyyatımızın inkişafı ulu öndər Heydər Əliyevin qoyduğu konsepsiyaya əsaslanır ŞƏRH

İqtisadiyyatımızın inkişafı ulu öndər Heydər Əliyevin qoyduğu konsepsiyaya əsaslanır ŞƏRH

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilənə qədər respublikada gərgin bir vəziyyət hökm sürürdü: sosial-iqtisadi sahədə tənəzzül, durğunluq özünü göstərirdi. İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsində olan respublikada bu ağır şəraitdən çıxış yolu tapılmalı, iqtisadi inkişafın təmin edilməsi üçün işlək proqramlar hazırlanmalı, iqtisadiyyatda köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıqda, iqtisadi həvəsləndirmədə yeni üsullar tətbiq olunmalı idi. Bu zəruri tələbləri düzgün dəyərləndirən Heydər Əliyev onu da yaxşı bilirdi ki, respublikanın gücünü, əhalinin rifah halını, bütövlükdə siyasi müstəqilliyin təməlini məhz onun iqtisadi qüdrəti, iqtisadi dirçəlişi şərtləndirir. Bütün bunlara görə də ulu öndər qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla Azərbaycanı xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirə bildi. Keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər reallaşdırırdı. İstehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin inkişafı məqsədilə kompleks tədbirlər görüldü. Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə yenidən qayıdandan sonra isə müstəqil dövlətimizin yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdi, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərdi. Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dövlətimiz mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlətdir. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasına, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsinə, qədim tarixi və çoxəsrlik zəngin mədəniyyəti olan uca millətimizin bütün dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyətinin nəticələrinə, eləcə də heç kəsə nəsib olmayan uzunmüddətli məharətlə başçılıq etdiyinə görə, hələ uzun illər öncədən xalqımızın qəlbində əvəzsiz dövlət xadimi qiymətini almış möhtərəm Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə müəyyən etdiyi və həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir olan, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifahı və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, tarix xalqımıza Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətin simasında əsl ümummilli liderə xas olan parametrlərə tam cavab verən, eləcə də xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı, ümummilli lider bəxş etmişdir. Məlumdur ki, xalqımızın son otuz illik tarixi məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı ilə bağlı olmuşdur. Bu da bir həqiqətdir ki, 2003-cü il 15 oktyabr prezident seçkilərində xalqımızın tam əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev atasının yolunu davam etdirərək ölkəmizə rəhbərlik etdiyi qısa zaman kəsiyində idarəçilikdə və xalqa xidmətdə əsl Heydər Əliyev nümunəsi göstərmiş, onun layiqli davamçısı olduğunu nümayiş etdirərək ölkə iqtisadiyyatının keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin etmişdir. Onun həyata keçirdiyi iqtisadi və sosial siyasət nəticəsində son 5 il ərzində ümumi daxili məhsulun real həcmi bir neçə dəfə artaraq 38 milyard manata çatmışdır. 2003-2022ci illər ərzində iqtisadiyyatın bütün sahələri üzrə mal və xidmətlər buraxılışında əlavə dəyərin xüsusi çəkisinin 55,9 faizdən 68,9 faizə çatması və ya 13 faiz artması ölkə iqtisadiyyatının səmərəliliyinin xeyli yüksəldiyini sübut edir. Ölkəmizdə son on ildə əldə edilmiş uğurlar Prezident İlham Əliyevin əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının yeni dövrün tələblərinə uyğun olaraq inkişaf etdirib daha da irəli aparması, bütün sahələrdə həyata keçirdiyi məqsədyönlü, düşünülmüş siyasət yetirmək bacarığı və təfəkkürünün nəticəsidir. Heç şübhəsiz ki, ölkəmizin inkişaf tarixinə yeni mərhələ - İlham Əliyev mərhələsi kimi daxil olmuş 2019-2023-ci illər həm də Azərbaycanı tarixə iqtisadi cəhətdən ən sürətlə inkişaf etmiş ölkə kimi daxil edəcəkdir.

Nicat İsmayılov

YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər