PDF Oxu

Siyasət

  • 2 207

Ulu öndər Heydər Əliyevin milli iqtisadiyyat strategiyası ŞƏRH

Ulu öndər Heydər Əliyevin milli iqtisadiyyat strategiyası ŞƏRH

Müstəqil Azərbaycan Respublikasının memarı ümummilli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə ikinci dəfə yenidən qayıdandan sonra müstəqil dövlətimiz üçün yeni era yeni dövr başlandı.Ulu öndər ilk olaraq ölkədə iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdi və bu sahədə mövcud problemləri qabardaraq həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərdi.Ümummilli lider Heydər Əliyev prezidentliyi dövrdən başlayaraq ölkəmizdə gedən proseslərin və həyata keçirilməkdə olan dövlət islahatlarının bütün istiqamətlərinin bir başa təşkilatçısı olmuşdur. Ölkəmizdə aparılan islahatların həyata keçirilməsində hər bir sahəyə xüsusi diqqət göstərərək nəzərə alan ulu öndər islahatların əsasən də sosialyönümlü olmasının proritet hədəf kimi seçilməsini xüsusilə mühüm hesab edirdi. Heydər Əliyevin iqtisadi platformasında iqtisadi islahatlar formula si, ümumilikdə Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin fəaliyyətini genişləndirərək özəlləşdirməni həyata keçirmək, ən əsasıda ölkədə sahibkarlığa geniş imkanlar yaradaraq dünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu.Ulu öndərin prezidentliyi dövründə aparılan iqtisadi siyasətin düzgünlüyünü və həyata keçirilən geniş miqyaslı iqtisadi islahatlar nəticəsində əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı ölkəmizin bazar iqtisadiyyatı yolunda davamlı və dayanıqlı addımlarını təsdiq edirdi.

Qeyd etməliyəm ki, ümummilli liderin ölkə əhəmiyyətli nailiyyətlərindən biri də qara qızılımız olan neftlə bağlıdır. Sərvətimiz olan Azərbaycan neftinin ilk olaraq dünya bazarına çıxarılması və əldə olunan gəlirlə milli büdcəni bərpa edərək möhkəmləndirmək, bununla da əhalinin sosial səviyyəsinin yüksəldilməsi həyata keçirilən uğurlu iqtisadi siyasətin mühüm nəticəsi idi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında müqavilə imzalandı. Bu müqavilə neft sahəsində ulu öndər Heydər Əliyevin simasında bütünlükdə müasir Azərbaycanın qazandığı uğurların başlanğıcı idi. Ölkəmiz üçün xüsusi həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna təkan rolu oynadı. Ulu öndər Heydər Əliyevin vurğuladığı kimi, “Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycan iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır”.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər