PDF Oxu

Siyasət

  • 3 105

Ulu Öndərin milli təəssübkeşliyinin ana xətti - Azərbaycan dili - ŞƏRH

Ulu Öndərin milli təəssübkeşliyinin ana xətti - Azərbaycan dili - ŞƏRH

Ümummilli lider Heydər Əliyev “xalqlar həbsxanası” kimi qiymətləndirilən SSRİ miqyasında şəxsi nüfuzu və cəsarətli siyasi yanaşması ilə Azərbaycan dilinin respublikanın dövlət dili olaraq Konstitusiyada təsbitinə nail olmuşdu. Azərbaycan SSR öz dilini rəsmi dövlət dili elan etmiş üç respublikadan biri idi. Baltikyanı respublikalar da daxil olmaqla, SSRİ-nin bütün digər respublikaları belə bir uğura nail ola bilməmişlər. Nə eston, nə latış, nə də litva dilləri rəsmi, konstitusyon dövlət dili statusuna malik deyildi. Hətta rus dilinin özü də faktiki olaraq SSRİ-nin əsas dövlət dili kimi fəaliyyət göstərsə də, SSRİ Konstitusiyasında sadəcə millətlərarası ünsiyyət dili kimi müəyyənləsdirilirdi. 1978-ci il aprelin 27-də Konstitusiyada Azərbaycan dilinin dövlət dili elan edilməsi illərlə repressiyaya uğramış Ana dilimizin tarixində böyük bir qələbə idi. Hələ 1969-cu ildə yenicə Mərkəzi Komitənin Birinci Katibi təyin olunmuş Heydər Əliyev bir neçə ay sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) 50 illik yubileyinə həsr edilmiş təntənəli yığıncaqda doğma Azərbaycan dilində çıxış etməsi ictimaiyyət arasında milli özünüdərki oyatdı. Lakin imperiyanın müstəmləkə siyasəti fonunda Ana dili siyasətini son dərəcə incə motivlərlə həyata keçirməyi yalnız və yalnız böyük azərbaycanlı Heydər Əliyev bacara bilərdi.

Müstəqillik illərində də eyni həssaslıqla yanaşan Heydər Əliyevin siyasi uzaqgörənliyi, demokratizmi özünü ən yüksək səviyyədə dövlət dilinin (ümumən milli dilin) adı ilə bağlı, demək olar ki, şəxsi təşəbbüsü ilə keçirdiyi müzakirələrdə bir daha göstərdi. Həmin müzakirələrin fıkir müxtəlifliyi, mütəxəssislərin iştirakı əsasında keçirilməsi təmin olunmaqla yanaşı, mətbuatda, televiziyada obyektiv əksi də təmin edildi. 1995-ci il oktyabrın 31-də Azərbaycan EA Rəyasət Heyətinin binasında keçirilən yığıncaqda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi dil məsələsinin yalnız dövlətçilik-qanunçuluq baxımından deyil, elmi-fıloloji baxımdan şərhinə görə də mütəxəssislərin diqqətini cəlb etdi. Respublika Prezidenti həmin nitqində aşağıdakı çox əhəmiyyətli məsələlərə toxundu: Azərbaycan Konstitusiyalarında dövlət dili məsələsinə münasibət; 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbiti məsələsi; müstəqil Azərbaycan Respublikası Milli Məclisində dil məsələsinin müzakirəsi (1992-ci ildə), həmin müzakirədən sonra qəbul edilmiş qərarın qeyri-qanuniliyi; dilimizin adının yenidən müzakirəsinə, həm də səriştəli auditoriyada müzakirəsinə ehtiyac olması...

Ulu Öndər Heydər Əliyev Ana dilini qiymətləndirərək demişdir: “Mən bu danışdığımız dili - buna hansı dil deyirsiniz deyin - çox gözəl dil hesab edirəm. Dilimiz zəngindir, çox ahəngdar dildir, dilimizin söz ehtiyatı çox böyükdür. Qrammatika sahəsində həddindən artıq böyük nailiyyətlərimiz var. Şəxsən mən bu dili sevirəm.” Beləliklə, 1995-ci ilin Konstitusiyasında dövlətin rəsmi dili “Azərbaycan dili” kimi müəyyən olundu və ümumxalq səsverməsi ilə təsbit edildi.

Leyla Hüseynova

YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər