Prezident İlham Əliyev: "Biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq"
Azərbaycan Prezidenti İlham Əliyev Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində söyləyib ki, biz fəal enerji diplomatiyamızı davam etdiririk. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var.
Dövlətimizin başçısı onu da qeyd edib: "Bütün bunlardan əlavə, bizim aramızda güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq".
Düz 7 il öncə -2016-cı il sentyabrın 1-də Azərbaycan tarixində mühüm hadisə olan Bakı Dəniz Özüllər Zavoduknda ilk dəfə olaraq tikintisnin 100 faizi ölkə daxilində həyata keçirilən "Şahdəniz-2" layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində çıxış edən Prezident İlham Əliyev demişdir: "Bu gün arğıq Azərbaycan qaz dövlətləri sırasına daxil olur. Hasilat, nəqliyyat artacaq, Azərbaycan gələcəkdə tranzit funksiyalarını da oynaya bilər".
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏZMKARLIĞI VƏ PREZİDENT İLHAM ƏLİYEVİN QƏTİYYƏTİ SAYƏSİNDƏ AVRASİYANIN ENERJİ XƏRİTƏSİNİ DƏYİŞDİRƏN ÖLKƏ
Bəli, bu gün həqiqətən da Azərbaycanın adı qaz ixrac edən ölkələr sırasında çəkilir aə tərəfdaş ölkələrin sayı getdikcə artır. Bunun əsas səbələrindən biri də Azərbaycanın etibarlı tərəfdaş funksiyasını uğurla yerinə yetirməsidir. Bu ulu öndər Heydər Əliyevin əzmkarlığı və İlham Əliyevin qətiyyəti sayəsində reallaşıb.
Bəli, bu gün Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin getdikcə möhkəmləndirilməsi Prezident İlham Əliyevin müəyyənləşdirdiyi düzgün strategiyanın nəticəsidir. Azərbaycanın son illərdə Cənubi Qafqazda yaratdığı yeni reallıqların beynəlxalq aləmdə qəbulu baxımından xüsusi əhəmiyyət kəsb edir. Çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Bolqarıstan münasibətləri hazırda da inkişaf etməkdədir. Belə ki, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında həyata keçirilən səfəri ölkələr arasında arasında diplomatik münasibətlərin qurulmasının daha möhkəm olduğunun təsdiqləyir. Səfər zamanı Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, Avropada cərəyan edən hadisələr səbəbindən enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın “köhnə qitə” üçün əhəmiyyəti getdikcə çoxalır.
AZƏRBAYCAN–BALKAN ÖLKƏLƏRİ MÜNASİBƏTLƏRİNDƏ YENİ SƏHİFƏ
Bəli, bu gün Balkan ölkələrinin liderləri tərəfindən Azərbaycanla əməkdaşlığa böyük maraq göstərilir. Xüsusilə də onların Azərbaycana səfərləri bunun bariz göstəricisidir. Bu baxımdan Albaniya Prezidentinin və Baş nazirinin, Serbiya Prezidentinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çərçivəsində təşkil edilən tədbirlərdə iştirak etmək üçün Balkan ölkələrinin, o cümlədən Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana səfərlər etmələri, və Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri, səfər çərçivəsində keçirilən görüşlər xüsusi məna kəsb edir. Hazırda Azərbaycanın Balkan regionu ölkələri ilə münasibətlərində dinamizm müşahidə olunur, o cümlədən bu bölgənin bir parçası olan Bolqarıstanla əməkdaşlığı dinamik şəkildə inkişaf edir.
Bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin ikinci yarısında Bolqarıstana, Albaniyaya, Serbiyaya və Rumıniyaya səfərləri, 2023-cü ilin yanvarında Davos İqtisadi Forumu çərçivəsində Xorvatiya və Monteneqro Baş nazirləri ilə görüşləri, həmçinin bu ay Bosniya və Herseqovinaya rəsmi səfəri xüsusi qeyd olunmalıdır.
Onu da vurğulamaq lazımdır ki, Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik boru kəməri bu regiondan - Yunanıstan və Albaniyadan keçir. Qeyd etmək yerinə düşər ki, 2022-ci ildə Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilib və Azərbaycan qazı Balkan regionuna daxil olub, eyni zamanda, bu regionda daxili interkonnektorlar vasitəsilə Azərbaycanın təbii qaz ixracı bazarı daha da genişlənib.
Və Prezident İlham Əliyevin Bolqarıstana işgüzar səfəri Azərbaycan–Balkan ölkələri münasibətlərində yeni səhifə, rəsmi Bakının Avropa İttifaqının enerji təhlükəsizliyində çəkisinin artmasına mühüm töhfə oldu. Prezident İlham Əliyevin ifadə etdiyi kimi: "Biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq". Və Azərbaycan Prezidentinin Sofiyaya aprelin 25-dəki işgüzar səfəri və səfər çərçivəsində Azərbaycan və Bolqarıstan dövlət başçılarının iştirakı ilə “Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanma mərasimi, SOCAR-ın Bolqarıstandakı ofisinin açılışı və dövlət başçılarınını təkbətək görüşləri bir daha iki dost və tərəfdaş ölkələr arasında bu əməkdaşlığın daha da dərinləşməsini təsdiqləyir.
Bəli, Azərbaycan Prezidenti İlham Əliyevin həmişə olduğu kimi, yenə də daha irəli baxmağa üstünlük verir və Sofiyada bəyan etdi ki, "Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var".
Göründüyü kimi, "Həmrəylik Halqası" təktərəfli layihə deyil, həm mənbə ölkə olaraq, həm də, eyni zamanda, reallaşmasında dövlətimizin başçısının xüsusi həlledici rol oynadığını nəzərə alaraq, heç şübhəsiz, prosesin flaqmanı Azərbaycandır.
BİZ BU GÜN 21-Cİ ƏSRİN LAYİHƏSİNİ HƏYATA KEÇİRİRİK VƏ BU LAYİHƏ BÖYÜYÜR
Preztdent İlham Əliyev Anlaşma Memorandumunun imzalanma mərasimində çıxışında bildirmişdir ki, Azərbaycan Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyaya, bu ildən başlayaraq isə Rumıniyaya təbii qaz ixrac edir, ilin sonunadək isə Macarıstan və Slovakiya da Azərbaycandan qaz idxal edən ölkələrin sırasına qoşula bilər: "Bütün zəruri interkonnektorlar yerində olarsa, biz ilin sonunadək Macarıstan və Slovakiyaya qaz tədarükünə başlamağı planlaşdırırıq. Biz Albaniya ilə yerli qaz paylayıcı sisteminin tikintisi ilə bağlı danışıqlar prosesindəyik. Çünki Cənub Qaz Dəhlizi Albaniya ərazisindən keçir. Həmçinin “Həmrəylik Halqası” üzvü olaraq Slovakiya da əminəm ki, tezliklə bizim enerji sahəsində tərəfdaşımız olacaq. Biz qaz tədarükümüzün coğrafiyasını genişləndirərək 6 ölkədən ən azı 10 ölkəyə çatdıracağıq".
Dövlətimizin başçısı onu da vurğulayıb ki, Azərbaycan tərəfdaş ölkələrlə əməkdaşlığı davam etdirməyə və birlikdə bütün hədəflərə nail olmağa hazırdır: "Azərbaycan müstəqilliyinin bərpasından 3 ildən az bir müddət içində sonralar “Əsrin müqaviləsi” adlandırılacaq müqaviləni imzaladı və ilk dəfə xarici neft şirkətlərini Xəzər dənizində işləməyə, neft istehsal etməyə və kəşflərə dəvət etdi. Beləliklə, biz bu gün 21-ci əsrin layihəsini həyata keçiririk və bu layihə böyüyür. Ona görə də enerji sahəsində etibarlı tərəfdaş olan Azərbaycan əminliklə bizim bu yolumuzu davam etdirməyə və bütün hədəflərə nail olmağa hazırdır".
AVRASİYANIN YENİ ENERJİ XƏRİTƏSİNİ TƏRTİB EDƏN ÖLKƏ - AZƏRBAYCAN
Bəli, bu gün Azərbaycan Avrasiyanın yeni enerji xəritəsini tərtib edir. Azərbaycan nəhəng enerji layihələrini reallaşdırmaqla Avrasiyanın yeni enerji xəritəsini tərtib edir. Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimi çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bir daha bu reallığı diqqətə çatdırmışdır ki, "Azəri-Çıraq-Günəşli" yatağının təcrübəsi göstərir ki, "Qarabağ" neft yatağı daha böyük potensiala malik ola bilər.
32 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin "Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz" fikirlərinin təsdiqi olmaqla yanaşı, eyni zamanda, bu gerçəkliyi də şərtləndirir ki, ölkəmiz regional əməkdaşlıqdan beynəlxalq əməkdaşlığa doğru addımlamağı əsas hədəf kimi qarşıya məqsəd qoyaraq bu istiqamətdə əhəmiyyətli layihələrə imza atır".
Bəli, bu gün Azərbaycan siyasi və iqtisadi baxımdan yüksəliş dövrünü yaşayır. Güclü dayaqlara malik Azərbaycan beynəlxalq arenada həm də etibarlı tərəfdaş ölkə kimi tanınır. Dövlət başçısı İlham Əliyevin qətiyyətli və səmimi xarici siyasət kursu Azərbaycanı ən yüksək tribunalarda tanıtdırmaqda davam edir. Və ərazi bütövlüyünü təmin etmiş Azərbaycan bu gün öz milli dövlət maraqlarını diktə etmək gücündədir. İqtisadi gücü və siyasi müstəqilliyi Azərbaycanı lider mövqeyə yüksəldib ki, bu da heç şübhəsiz ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin məntiqi nəticəsidir.
Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana işgüzar səfəri bir həqiqəti yenidən təsdiqlədi ki, Azərbaycan beynəlxalq arenanın nüfuzuna və gücünə görə birmənalı olaraq qəbul olunan, öz sözünü açıq şəkildə ifadə edən dövlətlərdəndir. Və Azərbaycan Prezidenti İlham Əliyev bu gün dünya liderləri sırasında uğurlu siyasəti və qətiyyəti ilə Azərbaycan özünün siyasi və iqtisadi baxımdan yüksəliş dövrünü yaşayır və Azərbaycan əməkdaşlığın coğrafiyasını genişləndirməklə etibarlı tərəfdaş kimi nüfuzunu artırır, dünya birliyinin layiqli üzvü kimi söz sahibinə malik olduğunu təsdiqləyir. Çünki, Azərbaycan Prezidenti İlham Əliyevin həmişə olduğu kimi, yenə də daha irəli baxmağa üstünlük verir və Sofiyada bəyan etdiyi kimi: "Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var".
RƏFİQƏ KAMALQIZI