Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz.
Ulu öndər Heydər Əliyev
XX əsrin tarixinə nəzər salsaq görərik ki, Azərbaycanın müstəqilliyin bünövrəsi o vaxtdan başlanmışdır. Heydər Əliyev 1969-cu ildə respublikanın siyasi rəhbərliyinə gələndə Azərbaycanın taleyi yaxşıya doğru dəyişdi. 1969-1982 illər Azərbaycan istər social-iqtisadi, istərsə də ictimai-mədəni sahələrdə güclü inkişaf yolu keçməyə başladı. Elə həmin dövrdə demokratik idarəetmənin ilk rusşeymləri yarandı.
Azərbaycan dili müxtəlif dövrlərdə dövlət dili kimi elan edilsə də, dövlət dili statusu uzun sürə bilməmişdir. Azərbaycanın ən parlaq səhifələri Ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra yazıldı. Məhz o vaxtdan Heydər Əliyev ana dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu.
Nə milli kadrların hazırlanmasında, nə azərbaycan dilin inkişaf edilməsində, nə ana dilin istifadə olunmasına nə diqqət yetirilirdi, nə də bir ciddi addım atılırdı. Mədəni və iqtisadi tənəzzülə aparan yolların qarşısını məhz Heydər Əliyev ideası aldı. 70-85-ci illərdə aparılan islahatlar Azərbaycanın milli ruhlu yola çıxmasına kömək etdi. Elə o illərdə Heydər Əliyev fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. İkinci hakimiyyət dövründə də Heydər Əliyev Azərbaycan dilinə böyük diqqət yetirib.
Heydər Əliyev üçün hər şeydən öndə gənclərdə azərbaycançılıq məfkurəsinin və milli ruhun inkişafı, ana dilinin unudulmaması idi. Odur ki, Azərbaycan dili Dövlət dili kimi qəbul olunması o zamanlar üçün çətin olsa da Heydər Əliyev buna nail oldu. Bu akt Azərbaycan SSRİ-in 1978-ci il Konstitusiyasında təsbit olundu. Sovet dövründə bu cəsarətli addım idi. Heydər Əliyevin ikinci hakimiyyət dövründə də bu məsələ diqqətdən kənarda qalmadı. Heydər Əliyev 1995-ci ildə referendumla qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində dövlət dilimizin Azərbaycan dili olması öz əksini tapdı. 2001-ci ildə Ulu öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Bu Fərmanın əsas məqsədi dilimizin inkişafı və tətbiqində yaranan problemlərin aradan qaldırılması və Dövlət Dil Komissiyasının yaradılması idi. Ümumilli lider Heydər Əliyevin 2001-ci ildə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalandı və hər il 1 avqust tarixi Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
2002-ci ildə Azərbaycan dilinin tətbiqi, qorunması, inkişafı və ana dilinin dövlət dili kimi hüquqi statusunun təsbit olunması məqsədilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Möhtərəm Prezident İlham Əliyev 2004-cü ildə “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamlar verdi. Azərbaycan klassiklərinin ittifaq səviyyəsində yubileylərin keçirilməsi, Azərbaycan mədəniyyətinin tanınması, Azərbaycan dilinin geniş tətbiqi, Azərbaycanın elm, ədəbi və mədəni sahələrində ön mövqeyə çıxması Heydər Əliyevin adı ilə bağlıdır.
Hazırda da doğma dilimizə, milli adət ənənələrimizə həsasla yanaşılır. Heydər Əliyevin ideyalarını layiqincə davam etdirən cənab prezident İlham Əliyev bu sahəyə böyük diqqət yetirir. Cənab prezident İlham Əliyev 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı imzaladı. Beləliklə, kütləvi nəşrlərin latın qarafikasına keçirilməsi prosesini sürətləndirildi və milli kitabxana fondu zənginləşdirildi.
Şəhla Xəlilova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyi Fizika İnstitutu üzrə
ərazi partiya təşkilatının sədri