PDF Oxu

Siyasət

  • 2 974

Azərbaycan dili müqəddəsdir - AÇIQLAMA

Azərbaycan dili müqəddəsdir - AÇIQLAMA

Ulu Öndər Heydər Əliyevin səyi və təşəbbüsü ilə 27 aprel 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” əlavəsinin edilməsi mühüm tarixi hadisədi. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi və təsbit olunmasından sonra doğma dilimizin istifadəsində və inkişafında yeni mərhələ başlandı.

YAP Abşeron rayon təşkilatının sədri Ababs Əliyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin təklifi ilə Azərbaycan SSR-nın dövlət dilinin Azərbaycan dili olması barədə əlavənin edilməsi həmin dövr üçün çox cəsarətli addım hesab edilirdi. Əslində ümummilli lider bununla gələcək müstəqil dövlətçiliyimizin, milli rəmzlərindən birini məharətlə qorumuş oldu. Hər zaman dövlət dili uğrunda mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə çağraraq bütün qüvvələri səfərbər etdi.

Abbas Əliyev 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən də dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülməsindən bəhs etdi. Həmin təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Çoxsaylı müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. Ulu Öndər Heydər Əliyevin dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları əks etdirirdi. Sonrakı mərhələdə həmin Fərmanla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Eyni zamanda “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli Fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Ulu Öndər Heydər Əliyev: “Dil, dil, bir də dil... Dili inkişaf etdirməliyik. Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan”.

Digər xəbərlər