PDF Oxu

Siyasət

  • 2 282

“Separtçılar başa düşməlidirlər ki...” - MÜNASİBƏT

“Separtçılar başa düşməlidirlər ki...” - MÜNASİBƏT

“Ermənistan -Azərbaycan dövlət sərhədində Azərbaycan sərhəd - keçid məntəqəsi yaratdıqdan sonra Xankəndindəki erməni terrorçuları müqavimət göstərəcəklərini, yeni bir hərəkata başlayacaqlarını bəyan etmələri gözləniləndir. Çünki, separatçılar özlərini uydurma xəyallara inandırmışdılar. Bu gün isə reallıq odur ki, Həkəri körpüsünün üzərində DSX-nin nəzarət-keçid məntəqəsinin yaradılması separatçıların bütün xəyallarını heçə endirmişdir”. Bunu millət vəkili Azər Badamov "Səs" qəzetinə açıqlamasında deyib.

A.Badamov bildirdi ki, Xankəndidəki terrorçular müqavimət göstərəcəklərindən danıışırlar : “Hesab edirəm ki, separatçıların xırda təxribat cəhdləri də gözləniləndir. Amma Müzəffər Ordumuz ölkəmizin qanunlarına qarşı yönəlmiş hər bir təxribatın qarşısını çox ciddi şəkildə almağına qadirdir. Separtçılar başa düşməlidirlər ki, gəmidə oturub kapitanla mübahisə edəni okeana atırlar. Ona görə də, nə qədər ki, gec deyil yeni terror hadisələri düşünmək əvəzinə ağıllarını başına cəmləyib gələcəkləri qurmaq üzərində düşünsünlər”.

GÜLYANƏ

Digər xəbərlər