Tarixin müxtəlif dövrlərində çətin sınaqlardan çıxan Azərbaycan bu gün artıq müstəqil dövlət kimi beynəlxalq aləmdə öz yerini tutub, siyasi-iqtisadi mövqeyini möhkəmləndirib. Təbii ki, Azərbaycanın bu günə gəlib çatmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin böyük rolunu xüsusi vurğulamaq lazımdır. O, hələ sovetlər dönəmində ölkəmizə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi uğurlu siyasət Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edib.Həyatının böyük hissəsini Azərbaycanın inkişafına həsr edən xalqımızın əvəzolunmaz övladı Heydər Əliyev Azərbaycan dövlətçilik tarixinin tamamilə yeni bir mərhələsini yaratmış böyük siyasətçi və tarixi şəxsiyyət kimi qəlblərdə əbədi yaşayır və bundan sonra da yaşayacaq. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında imzaladığı mühüm Sərəncam dahi şəxsiyyətin 100 illik yubileyinə ən böyük töhfədir. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan Ulu Öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ölkə iqtisadiyyatına xüsusi bir önəm verdi. Güclü iqtisadiyyata sahib olan Azərbaycan dövləti cəmi 44 günə işğal altında olan torpaqlarımızı işğaldan azad edərək qəhrəmanlıq salnaməsi yazdı. Xalqımızın 30 illik torpaq, yurd, Vətən niskilinə son qoyuldu. Qəhrəman Azərbaycan Ordusu 2020-ci ilin 8 noyabr tarixində Qarabağın incisi, Azərbaycanın Mədəniyyət Paytaxtı olan Şuşanı azad etdi və Ermənistan 10 noyabr 2020-ci il tarixdə təslimçilik bəyanatını imzaladı.
Bunların arxasında isə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən bütün sahələrə olduğu kimi, iqtisadiyyat sahəsinə də böyük diqqətin ayrılması dayanır. 2003-cü ildən bu vaxta kimi ölkə iqtisadiyyatının gücləndirilməsi istiqamətində görülmüş işlər, həyata keçirilən genişmiqyaslı layihələr bunun bariz nümunəsidir.Bu gün əminliklə deyə bilərik ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqəti, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan güclü iqtisadiyyatı olan dövlətə çevrilmiş, dünyanın qabaqcıl ölkələri sırasında dayanır. Bütün bunlar onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli iqtisadiyyat bundan sonra da Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında olduğu kimi həyata keçiriləcək. 44 günlük Vətən müharibəsində şanlı Zəfər salnaməsi yazan Azərbaycan dövləti bundan sonra da adını bütün dünyaya güclü dövlət kimi yazdıracaqdır.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini