PDF Oxu

Siyasət

  • 1 787

İnsanlara nur bəxş edən Zərifə xanım Əliyeva ŞƏRH

İnsanlara nur bəxş edən Zərifə xanım Əliyeva ŞƏRH

Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq respublikamızda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi qeyd olunur. Aprelin 28-də görkəmli alimin anadan olmaının 100-cü ildönümü tamam olur. Akademik Zərifə xanım Əliyeva fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömür, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Yüksək intellektual səviyyəsi, sərrast düşüncəsi, səmimi, xoş münasibəti Zərifə xanımı hamıya sevdirib. Azərbaycan qadınlarının bütün gözəl cəhətləri özündə cəmləşdirmiş Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi.

Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Zərifə xanım Azərbaycanda oftamologiya sahəsində ilk akademik olub. Zərifə Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsində bir sıra orjinal işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb və o, keçmiş SSRİ-də bu mükafat alan ilk qadın idi. Onun həyat fəlsəfəsi, mənəvi dünyası, oftolmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxşaxəlidir. Azərbaycan oftolmologiyasını dünya səviyyəsində tanıdan Zərifə xanım Əliyeva təbabətdə öz dəsti-xətti olan novator bir alim idi.

Zərifə xanım ulu öndərimiz Heydər Əliyevin ömür-gün yoldaşı, cənab Prezident İlham Əliyevin anasıdır. Bu gün ulu öndər Heydər Əliyevin və Zərifə xanımın xeyirxahlığı, millətinə, xalqına məhəbbəti, fədakarlığı Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətində davam etdirilir. Biz bu gün bir daha Zərifə xanımı böyük ehtiramla yad edirik. Onun layiqli şəxsiyyət olaraq yetişdirdiyi cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində dövlətimizin dayaqları gündən-günə möhkəmlənməkdədir. Cənab Prezidentin səyləri nəticəsində Azərbaycan daha da qüdrətli, qalib bir ölkəyə çevrilib. 44 günlük Vətən müharibəsində qazandığımız zəfər sonrası, xalqımız hər fürsətdə “Sizi dünyaya gətirən, böyüdən Anaya halal olsun” fikirlərini səsləndirirlər. Əminəm ki, bu gün Azərbaycan xalqının öz liderinə göstərdiyi bu sevgiyə görə Zərifə xanımın ruhu şaddır. Zərifə xanımın əziz xatirəsi daim Azərbaycan xalqının qəlbində yaşayacaqdır.

Anar ABBASOV

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədr müavini

Digər xəbərlər