PDF Oxu

Siyasət

  • 2 188

Yasamal rayonunda elmi-praktik seminar keçirilib FOTOLAR

Yasamal rayonunda elmi-praktik seminar keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının “A.Abbaszadə küç.1128 döngə, 504-cü məhəllə” (Azərbaycan Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatında “Elmi tədqiqatların aktual problemləri: zoologiyanın nəzəri və praktiki aspektləri” mövzusunda elmi-praktik seminar keçirilib.Seminarda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA Zoologiya İnstitutunun baş direktoru Ələddin Eyvazov, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova, A.Abbaszadə küç.1128 döngə, 504-cü məhəllə” (Azərbaycan Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hafiz Muxtarov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədr müavini Nihad Muxtarlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Amaliya Həsənova, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin direktoru Elşad Əsgərov, Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının müdiri dosent Əbülfəz Tağıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji müxtəlifliyin Qorunması Xidmətinin Xüsusi mühafizə olunan ərazilərin inkişafı şöbəsinin aparıcı məsləhətçisi Nigar Yusifova, Gəncə Dövlət Universitetinin Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri, Vəfa Məmmədova, ərazi üzrə partiyanın üzvləri iştirak edib. İlk öncə seminar iştirakçıları tərəfindən Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı ziyarət olunub. Ulu öndər Heydər Əliyevin məzarı önünə əkil və gül dəstələri qoyulub, əziz xatirələri dərin ehtiramla yad edilib. Seminarda ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. İştirakçıları salamlayaraq seminarı giriş nitqi ilə AMEA Zoologiya İnstitutunun baş direktoru Ələddin Eyvazov bildirib ki, Azərbaycanın görkəmli siyasi xadimi ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd olunur. Respublikamızın hər bir guşəsində bu tarix Azərbaycanın ən şərəfli tarixi günlərindən biri kimi keçirilir. Bu günki müstəqil Azərbaycanın müəllifi olan ulu öndər Heydər Əliyev ölkəmizin bütün sahələrinin inkişafında göstərdiyi xidmətlərinə görə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşmüşdür. Bu dahi siyasətçinin adı xalqımızın iftixar və qürur mənbəyidir. Onun vətənimiz üçün gördüyü işlər daim yaddaşlardadır. Bu yaddaş isə bir estafet kimi yaşlı nəsildən gənc nəslə ötürülür. Böyük liderimizin xatirəsi hər zaman anılır və əziz tutulur.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş ulu öndər Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu. Bu gün xalqımız ümummilli lider Heydər Əliyev siyasəti Onun layiqli siyasi varisi Cənab Preizdent İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu davam etdirilən siyasətin şah əsəri isə heç şübəsiz 44 günlük Vətən müharibəsində əldə olunan Şanlı Qələbədir.

Çıxış edən Bakı Dövlət Universiteti Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova bildirib ki, XX əsrin axırlarında yenidən müstəqillik qazanan Azərbaycan Respublikasının mövcudluğu və bu gün dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilməsi xalqın haqlı olaraq ümummilli lider hesab etdiyi Heydər Əliyevin tarixi və misilsiz fəaliyyətinin nəticəsidir. Əsl lider məhz sadaladığımız bu xüsusiyyətlərə malik olaraq, bunlardan xalqın və dövlətin maraqları naminə müdrikcəsinə, düşünülmüş şəkildə və siyasi uzaqgörənliklə istifadə edir, öz ölkəsini hərtərəfli inkişaf etdirir, milli dövlətçilik tarixinə yeni-yeni şərəfli səhifələr yazır. Ümummilli liderimizin alternativi olmayan düşünülmüş daxili və xarici siyasəti bu gün Onun siyasi varisi, Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi və davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədr müavini Nihad Muxtarlı “Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi kursu nəticəsində aztəminatlı vətəndaşların, şəhid və əlil ailələrinin, əhalinin məşğulluğunun gücləndirilməsi və s. istiqamətlətdə uğurlu tədbirlərin həyata keçirilməsinə başlanılması və möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən bu siyasi kursun davam etdirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Gənc rəssam Nicat Muxtarlı Ümummilli Lider Heydər Əliyev və Akademik Zərifə xanım Əliyevaya həsr olunmuş yağlı boya portretini instituta hədiyyə edib. Daha sonra, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Amaliya Həsənova, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin direktoru Elşad Əsgərov, Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının müdiri Əbülfəz Tağıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji müxtəlifliyin Qorunması Xidmətinin Xüsusi mühafizə olunan ərazilərin inkişafı şöbəsinin aparıcı məsləhətçisi Nigar Yusifova, Gəncə Dövlət Universitetinin Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri Vəfa Məmmədova, Quru onurğalıları laboratoriyasının aparıcı elmi işçisi Hafiz Muxtarov, Paleozoologiya laboratoriyasının müdiri Könül Tapdıqova və Nicat Muxtarlı müxtəlif məruzələrlə çıxış ediblər.

Seminarın sonunda seminar iştirakçılarına sertifikat təqdim edilib.

Digər xəbərlər