PDF Oxu

Siyasət

  • 3 090

Yasamal rayonunda basketbol üzrə yarışlara start verilib FOTOLAR

Yasamal rayonunda basketbol üzrə yarışlara start verilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Milli Məclisin 17 saylı Yasamal 3-cü seçki dairəsinin deputatl Elnur Allahverdiyev və Yasamal rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə ümummili lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan ali və orta ixtisas təhsil müəssisələrinin komandaları arasında idmanın basketbol növü üzrə yarışlarına start verilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, YAP Yasamal rayon təşkilatının əməkdaşı Aytəkin Əhmədova, Yasamal rayonunda yerləşən ali, orta ixtisas təhsil müəssisələrinin idman klublarının nümayəndələri iştrak edib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. İştirakçıları salamlayaraq giriş nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürürla seyr ediriksə, bütün bu naliyyətlərin təməlində məhz əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu idman siyasətinin dayandığını yaxşı bilirik. Dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsl formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də vətənimizin sağlam gələcəyi deməkdir. Bildiyimiz kimi, gənclik və idman bir-brini tamamlayan məfhumlardır. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Çıxışının sonunda E.Mustafayeva yarışda iştirak edən komandalara uğurlar arzu edib. Çıxış edən Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti ölkəmizi hazırda bu sahə üzrə inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanıdır. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkəmizdə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu. Azərbaycanın beynəlxalq Olimpiya hərəkatına fəal qoşulması sayəsində ölkəmiz böyük idman potensialına malik olduğunu nümayiş etdirdi. İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri hesab olunur.

Digər xəbərlər