PDF Oxu

Siyasət

  • 2 882

“Ulu öndər Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” FOTOLAR

“Ulu öndər Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” FOTOLAR

Şəmkir rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı elmi-praktiki konfrans keçirilib.Konfransda Şəmkir Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev, Milli Məclisinin deputatları Kamran Bayramov, Nurlan Həsənov, Gəncə Dövlət Universitetinin Sosial fənnlər kafedrasının müdiri, Tarix elmləri üzrə fəlsəfə doktoru Cavid Bağırov, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra Şəmkir Heydər Əliyev Mərkəzində Ulu öndər haqqında sərgiyə baxış keçirilib.Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan konfransda ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra ““Xalqın adamı – Ulu Öndər Heydər Əliyev” filmi nümayiş olunub.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev qeyd edib ki, Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoyub. İcra başçısı həmçinin Ulu Öndərin adı ilə bağlı olan ölkə həyatının bütün sahələrin paralel və dinamik inkişafının bu gün də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxışında bildirib ki, Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırıb.Daha sonra çıxış edən Milli Məclisin deputatları Kamran Bayramov və Nurlan Həsənov Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə milli intibahın təminatında başlıca vasitə sayılan, cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayan elm, təhsil və digər sahələrdəki islahatlarından ətraflı bəhs ediblər.Çıxış edən partiya fəalları əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqilliyin əbədi, dönməz və sarsılmaz olduğunu xüsusi vurğulayıblar. Qeyd olunub ki, Ulu Öndər Azərbaycanı davamlı və sabit inkişaf yoluna çıxarmaqla yanaşı, bu siyasəti özündən sonra da layiqincə davam etdirə biləcək lider yetişdirmişdir. 2003-cü ildən Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyev keyfiyyətcə yeni mərhələdə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir.

Digər xəbərlər