Bu gün Lerik rayon İcra Hakimiyyətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı tədbir keçirilib.Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev,Lənkaran Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Mürsəliyeva, Lənkaran Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru,dosent Emin Məlikov, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib. Tədbir iştirakçıları akademik Zərifə xanım Əliyevanın və Ümummilli Liderimiz Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov bildirdi ki, Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.Daha sonra çıxış edən YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolundan danışıb, Azərbaycanın hərtərəfli inkişafı üçün həyata keçirdiyi böyük islahatlardan söz açıb. Bildirib ki, Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişi müstəqilliyini yenicə qazanmış Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi, müharibəyə cəlb olunmuş dövlətimizin gələcək qələbələrini təmin edəcək möhkəm təməli formalaşdırmaq fürsəti qazandı. Ümummilli Liderimizin əsasını qoyduğu siyasi kurs özünü 44 günlük Vətən müharibəsində də göstərdi, Müzəffər Sərkərdə, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbədə önəmli rol oynadı.
Çıxış edənlər Hüseynbala Əliyev, Könül Mürsəliyeva, Emin Məlikov, Bahar Mürsəliyeva Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycanın öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyduğunu vurğulayıblar.