Aprel ayının 28-də turnirin başa çatması münasibətilə partiyanın rayon təşkilatının akt zalında qaliblərinin mükafatlandırılması mərasimi təşkil olunmuşdur. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, turnirin hakimləri və qalib iştirakçılar iştirak etmişlər. Qalibləri mükafatlandırmadan əvvəl tədbir iştirakçıları Zərifə xanım Əliyevanın həyat yolu, cəmiyyətimiz və dövlətimiz qarşısındakı xidmətləri barədə danışmışlar. Turnirin əhəmiyyəti və rayonda şahmat idman növünün inkişaf etdirilməsi ilə bağlı qalib iştirakçıların maraqlı təklifləri dinlənilmiş, bu kimi tədbirlərin davamlılığının təmin olunması üçün əməli addımalrın atılması qərara alınmışdır.
Məlumat üçün bildiririk ki, 26-28 aprel tarixində keçirilmiş şahmat turnirində 24 nəfər iştirakçı qələbə uğrunda mübarizə aparmışlar. Rayonun Heydər Əliyev Mərkəzinin Şahmat dərnəyində keçirilən yarışmaya Vətən Müharibəsi Qəhrəmanı Cavid Mahmudov adına Uşaq, Gənclər və İdman, Şahmat məktəbinin təcrübəli müəllimləri hakimlik etmişdir. Maraqlı qarşlıaşmalarla yadda qalan və səmimi idman mübarizəsi şəraitində keçirilən yarışmada iştirakçılardan İlham Əzizağa oğlu Əziziov I yer, Tehran Ədiş oğlu Qasımov II yer, Vaqif Valeh oğlu Həsənov III yer tutmuşlar. Bundan başqa hakimlərin qərarı ilə daha iki iştirakçı – Rafiq Qətil oğlu Əzizov və Famil Kamil oğlu Məmmədov fərqləndikləri üçün mükafata layiq görülmüşlər. Qaliblərə YAP Biləsuvar rayon təşkilatının diplomları və pul mükafatı təqdim olunmuşdur. Mərasiminin sonunda turnirin qalibləri ilə xatirə şəkli çəkilmişdir.
Rəfiqə