PDF Oxu

Siyasət

  • 1 818

Regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatçısı

Regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatçısı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirakı və çıxışında səsləndirdiyi fikirlər qardaş Türkiyə KİV-lərinin diqqət mərkəzində olub.

Anadolu, “İHA” xəbər agentlikləri, “Aksam”, “Milliyet”, “Hurriyet”, “Sabah”, “Yenisafak” qəzetlərinin saytları, “Ahaber”, “Takvim”, “Habervakti”, “Tgrthaber”, “Aydinlik” portalları və digər mətbuat orqanları Azərbaycan Prezidentinin çıxışından önəmli məqamları oxuculara və izləyicilərə çatdırıblar.
Anadolu Agentliyinin yaydığı xəbərdə Prezident İlham Əliyevin Türkiyənin regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatçısı olduğu barədə fikirlərinə xüsusi diqqət yetirilib. Bildirilib ki, Azərbaycanın dövlət başçısı Türkiyənin son 20 il ərzində böyük və şərəfli yol keçdiyini deyib.
İHA agentliyi, “Sabah” qəzetinin saytı dövlətimizin başçısının tam mətnini yayıb. Xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti “Kızılelma”nı tezliklə Azərbaycan səmasında görəcəyinə ümid etdiyini bildirib. Dövlətimizin başçısının söylədiyi “aprelin 3-də Azərbaycanda olarkən biz gələcək işbirliyi haqqında danışdıq və Azərbaycanda “Bayraktar” mərkəzinin yaradılması haqqında razılığa gəldik. İnşallah, yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq” fikirləri də oxucuların diqqətinə çatdırılıb.

Digər xəbərlər