PDF Oxu

Siyasət

  • 2 014

İdmanın inkişafı Ulu Öndərin adı ilə bağlıdır FOTOLAR

İdmanın inkişafı Ulu Öndərin adı ilə bağlıdır FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal rayon İcra Hakimiyyəti, Milli Məclisin 17 saylı Yasamal 3-cü seçki dairəsinin deputatl Elnur Allahverdiyev və Yasamal rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan ali və orta ixtisas təhsil müəssisələrinin komandaları arasında silsilə idman yarışlarının yekununa və bağlanış mərasiminin təşkil olunmasına həsr olunmuş iclası baş tutub.

İclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov, ərazi partiya təşkilatlarının sədrləri, Yasamal rayonunda yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin idman klublarının sədrləri və bağlanış mərasimində iştirak edəcək könüllü gənclər iştrak edib.

İclas iştirakçılarını salamlayaraq çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, müasir müstəqil Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin digər sahələrdə olduğu kimi, ölkə idmanının inkişaf strategiyasını da müəyyənləşdirdiyini qeyd edən B.Nəbiyev bu istiqamətdə aparılan kompleks tədbirlər nəticəsində qısa müddətdə böyük uğurların qazanıldığını bildirib. Vurğulanıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün Azərbaycan, sözün əsl mənasında, idman ölkəsinə çevrilib, dünya idman arenalarında respublikamızı layiqincə təmsil edən idmançılar yetişib. Çıxışının sonunda YAP Yasamal rayon təşkilatının sədrİ Bəxtiyar Nəbiyev qalib komandaları təbrik edib və ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan ali və orta ixtisas təhsil müəssisələrinin komandaları arasında silsilə idman yarışlarının yekun və bağlanış tədbirininin yüksək səviyyədə təşkil olunacağına öz əminliyini ifadə edib.Çıxış edən Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov iclas iştirakçılarını salamlayaraq ölkəmizdə aparılan uğurlu idman siyasətindən bəhs edib. İ.Səfərov çıxışının sonunda bağlanış mərasiminin təşkili istiqamətində görüləcək işlər barədə ətraflı məlumat verərək qalib komandaları təbrik edib.İclasın sonunda irəli sürülən təkliflər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan ali və orta ixtisas təhsil müəssisələrinin komandaları arasında silsilə idman yarışlarının bağlanış mərasimi 01 may 2023-cü il tarixində saat 11:00-da Bakı Dövlət Universitetinin idman stadionunda təşkil olunması nəzərdə tutulur.

Digər xəbərlər