PDF Oxu

Siyasət

  • 2 723

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın həlledici rolu ŞƏRH

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın həlledici rolu ŞƏRH

Enerji böhranı zamanı Avropada baş verən hadisələrlə əlaqədar, Azərbaycanın bu region üçün əhəmiyyəti artır. Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi, ölkəmizi Avropanın enerji təchizatında mühüm aktora çevirdi. Hazırda Avropa Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir. 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” nun imzalanması bunun bariz təzahürüdür.

Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik qaz kəməri bu regiondan - Yunanıstan və Albaniyadan keçir. Qeyd edək ki, 2022-ci ildə Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilib və Azərbaycan qazı Balkanlara daxil olub və eyni zamanda, bu regionda daxili konnektorlar hesabına Azərbaycanın təbii qazının ixrac bazarı daha da genişlənib.

Balkan regionu Azərbaycanın xarici siyasətinin prioritet sahələrindən birinə çevrilib və ölkəmiz bu region üçün xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanın Balkan ölkələri ilə əlaqələri dinamik inkişaf edir, o cümlədən bu regionun tərkib hissəsi olan Bolqarıstanla əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin ikinci yarısında Bolqarıstan, Albaniya, Serbiya və Rumıniyaya səfərləri, 2023-cü ilin yanvarında Davos İqtisadi Forumu çərçivəsində Xorvatiya və Monteneqronun baş nazirləri ilə görüşləri, kimi eləcə də Bosniya və Herseqovina rəsmi səfərini qeyd etmək vacibdir. Eyni zamanda, Balkan ölkələrinin rəhbərləri Azərbaycanla əməkdaşlığa böyük maraq göstərirlər. Onların Azərbaycana səfərləri buna əyani sübutdur. Bu baxımdan, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirlərdə iştirak etmək və dövlət başçısı ilə görüşlər üçün, Albaniyanın Prezidenti və Baş nazirinin, Serbiya Prezidentinin, Balkan ölkələrinin, o cümlədən Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb edir.

Cari ilin aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bolqarıstan Respublikasına işgüzar səfəri, davamlı və pozitiv siyasi dialoqun inkişafından xəbər verir. Səfər çərçivəsində dövlət Başçısı Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində, Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışında iştirak edib, Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radev ilə təkbətək görüş keçirib, sonra isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radev nahar ediblər.

Xüsusi əhəmiyyət kəsb edən Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzaladılar. İmzalanma mərasimində Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun videomüraciəti dinlənildi. Məhz bu çıxışda “Azərbaycannın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu, regionun enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən enerji təchizatının həlledici rolu vurğulandı. Sonrakı çıxışlarda ölkələrimiz arasında məhsuldar münasibətlərin, yüksək həmrəyliyin və strateji tərəfdaşlığın təmin edilməsi məqsədini daşıyan liderlərimizin uzaqgörən siyasəti və yorulmaz səyləri nəticəsində bu gün biz Azərbaycandan Avropa İttifaqına təbii qazın təchiz edilməsinin yeni marşrutunun formalaşması, Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya ötürücü sistem operatorları ilə SOCAR arasında Memorandumun imzalanması “Həmrəylik Halqası” təşəbbüsünün reallaşması üçün böyük əhəmiyyət daşıdığı, Anlaşma Memorandumunun imzalanması Avropanın enerji təhlükəsizliyinə nail olmaq yolunda mühüm addım olduğu və s. müsbət amillər və perspektivlər qeyd olundu.

Azərbaycan dövlətinin başçısı mərasimdəki çıxışında fundamental məsələlərə toxunaraq, bu memorandumun enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində vaxtında atılan çox mühüm addımların olduğunu vurğuladı. Cənab Prezident, Bolqarıstan və Azərbaycanın nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələr olduğunu deyərək, ölkələrimiz arasında siyasi dialoqun dinamikasını nümayiş etdirən əməkdaşlıq səviyyəsindən, Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcəyindən və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacağından, gələcəkdə digər pespektivlərindən danışdı.

Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün, bu istiqamətdə addımları davam etdirməyə birmənalı olaraq hazır olduğunu deyən dövlət Baçşısı, dünya ictimayyətinə bir daha göstərdi ki, Azərbaycan hər zaman humanizm prinsiplərini rəhbər tutur, dünyada sülh və inkişafın bərqərar olmasının tərəfdarıdır. Bu mövqe, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinindən irəli gəlir. Hələ 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev Bolqarıstan Prezidenti Jelyu Jelevin dəvəti ilə Sofiyaya rəsmi səfər etmişdir. Bu səfər zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalandı. İki ölkə arasında münasibətlərə müsbət təkan verən bu səfərdən sonra Azərbaycan-Bolqarıstan əlaqələri yüksələn xətlə inkişaf etməyə başladı. Sonralar ən yüksək və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər oldu. Bu günə kimi iki ölkə arasında çoxlu sayda sənəd imzalanıb. 1999-cu ildə Bakıda Bolqarıstanın səfirliyi açılıb, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb. Damamlı siyasi dialoqun inkişaf etdirilməsində dödvlət başçılarının mühüm rolu vardır. Cənab Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı “Strateji Tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin imzalanması ilə Azərbaycan-Bolqarıstan əlaqələri keyfiyyətcə daha yüksək səviyyəyə yüksəldi. Bu son dərəcə mühüm sənədlə tərəflər iki ölkə arasında həm ikitərəfli, həm də beynəlxalq miqyasda qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədi ilə, strateji tərəfdaşlığa daxil olduqlarını bəyan etdilər. Birgə Bəyannaməyə əsasən, Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis edilib. Strateji Dialoqun ilk iclası 2018-ci ildə, ikinci iclası 2022-ci ildə keçirilib. Bolqarıstanın dövlət və hökumət başçıları, müxtəlif rəsmi nümayəndə heyətləri ölkəmizə mütəmadi səfər ediblər. 2022-ci ildə iki ölkə nümayəndələrinin səfərləri intensiv xarakter alıb.Yuxarıdakı fakt və rəqəmlər onu göstərir ki, çoxillik ənənələrə əsaslanan Azərbaycan-Bolqarıstan münasibətləri bundan sonra da genişlənəcək və inkişaf edəcəkdir. Aprelin 25-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radev ilə təkbətək görüşündə “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti xüsusi qeyd edilməsi, ölkələrimiz arasında olan inkişaf xəttinin növbəti mərhələsidir. Ənənəvi, etibarlı tərəfdaş amluasında olan Azərbaycan hər zaman olduğu kimi, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfə göz önündədir.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər