Enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində imzalanmış Memorandum çox mühüm addımdır. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. İstər 2020-ci il sentyabrın 27-nə kimi, istərsə də 27 sentyabrdan bu günə kimi regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, güclü orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Məhz bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır, həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir Azərbaycanın dinamik inkişaf edən, güclü və nüfuzlu ölkəyə çevrilməsində müstəsna rol oynayan bu strateji kurs həm də dövlətin iqtisadi-siyasi qüdrətinin və beynəlxalq birliyə inteqrasiyasının, xalqımızın durmadan yüksələn sosial rifahının təminatçısı oldu. Ölkədə aparılan genişmiqyaslı quruculuq işləri, respublikanın beynəlxalq aləmdə qazandığı uğurlar həmin uzaqgörən konsepsiyanın təntənəsinə aydın misaldır. Cari ilin aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan),“Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasındaəməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər. Anlaşma memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzaladılar. Anlaşma memorandumunun imzalanma mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu gün imzalanan memorandum Azərbaycana Avropaya daha çox qaz tədarük etmək imkanı verəcək.“Azərbaycan təkcə enerji sektorunda deyil, digər sahələrdə dəAvropanın mühüm və sınaqdan çıxmış tərəfdaşıdır. Azərbaycan enerjitəchizatı coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə çatdıracaq”- dövlətbaşçısı bildirib. Dövlət başçısı xatırladıb ki, ötən ilin iyul ayında imzalanmışAzərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində StratejiTərəfdaşlığa dair Anlaşma Memorandumu Azərbaycandan Avropaya qaztədarükünü artırmağa imkan verəcək.“Bu ilin sonuna qədər bütün interkonnektorlar birləşdirilərsə, bizMacarıstan və Slovakiyaya tədarüklərə başlamağı planlaşdırırıq.
Azərbaycan enerji təchizatı coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə çatdıracaq.
Nicat İsmayılov
YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri