Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Milli Məclisin 17 saylı Yasamal 3-cü seçki dairəsinin deputatl Elnur Allahverdiyev və Yasamal rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə ümummili lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Bakı Dövlət Universitetinin idman stadionunda təşkil olunmuş ali və orta ixtisas təhsil müəssisələrinin komandaları arasında silsilə idman yarışlarının bağlanış və mükafatlandırma mərasimi baş tutmuşdur.
Mərasimdə YAP Yasamal rayon təşkliatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bayram Aslanov, Milli Məclisinin deputatı Səbinə Xasayeva, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Dövlət Univeristetinin prorektoru Əliş Ağamirzəyev, “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, YAP Yasamal rayonu, Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, Yasamal rayonunda yerləşən ali təhsil müəssisələrinin nümayəndələri və tələbələri, media nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.İlk öncə mini futbol idman növü üzrə final qarşılaşması start götürüb. Yarışdan əvvəl çıxış edən YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev ilk öncə bildirib ki, Ölkə rəhbərliyi tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsl formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də vətənimizin sağlam gələcəyi deməkdir. Bildiyimiz kimi, gənclik və idman bir-birini tamamlayan məfhumlardır. Müasir gənclərin hərtərəfli formalaşması, xüsusilə, idman sahəsində böyük nəaliyyətlər əldə etməsi məhz Ulu Öndər Heydər Əliyevin memarı olduğu uğurlu gənclər siyasətinin nəticəsidir. Gənclərimiz tək idman deyil, bütün sferalarda aktiv rolu ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi tədbirlərin təbliğində də mühüm rol oynayırlar. Qeyd olunub ki, bu gün isə uğurlu gənclər siyasətinin davam etdirilməsi, gənclərin fəaliyyəti üçün yaradılmış geniş imkanlar, yüksək diqqət və qayğı Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurlu fəaliyyətləri ilə bağlıdır. Çıxışının sonunda B.Nəbiyev Yasamal rayonunda idman yarışlarının təşkil olunmasına göstərdikləri dəsdəyə ali və orta ixitisas təhsil müəssisələrinin rəhbərliklərinə öz təşəkkürünü bildirib.Yarışların bağlanış və mükafatlandırma mərasimində ilk olaraq Dövlət Himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov bildirib ki, vətənimizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır, idmançılarımızın beynəlxalq arenalarda qazandığı nailiyyətlər buna bariz nümunədir. Ümummilli Lider Heydər Əliyev ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafına daim diqqət göstərib. Ulu Öndərimizin layiqli davamçısı Cənab Prezident İlham Əliyev də idmana, onun inkişafına hər zaman həssaslıqla yanaşır. Dövlət başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkar səviyyədə hazırlanmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur.
Çıxışlardan sonra I,II və III yerlərə layiq görülmüş komandaların mükafatlandırma mərasimi baş tutub.
Sonra xatirə şəkilləri çəkdirilib.