PDF Oxu

Siyasət

  • 5 043

Üç əsrin şahidi olan məktəbin yubiley tədbiri keçirilib FOTOLAR

Üç əsrin şahidi olan məktəbin yubiley tədbiri keçirilib FOTOLAR

Oğuz rayon Tale Babayev adına Yaqublu kənd tam orta məktəbdə "Üç əsrin şahidi məktəb" adlı yubiley tədbiri keçirilib. Tədbirdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, rayon İcra Hakimiyyətinin nümayəndəsi Sənan Əliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşları Vəli Əmirli, Cavid Məmmədli, Oğuz rayon Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev, şəhidlərin ailə üzvləri, qazilər, Oğuz rayon Təhsil Sektorunun əməkdaşları, məktəbin məzunları, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbacan Dövlət Himninin səsləndirilməsi, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən məktəbin direktoru İmran Verdiyev qonaqları salamlayaraq, təhsil müəssisəsinin yaranma tarixi, keçdiyi inkişaf yolu barədə danışıb. Bildirib ki, təcrübəli pedaqoji kollektivi olan məktəbin öz peşəsinə ürəkdən bağlı olan, şagirdlərin təhsilində, dünyagörüşünün formalaşmasında əvəzsiz xidmətlər göstərən müəllimləri var. Oğuz rayon İcra Hakimiyyətinin nümayəndəsi Sənan Əliyev məktəb kollektivini 125 illik yubiley münasibəti ilə təbrik edib. Məktəb kollektivinə bundan sonrakı fəaliyyətlərində daha böyük müvəffəqiyyətlər arzulayıb.YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov öz çıxışında təhsilə dövlət qayğısından, Möhtərəm Prezidentin və Mehriban xanım Əliyevanın təhsilə, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdikləri diqqətdən danışıb. O, bildirib ki, Azərbaycanda təhsilə qayğı ölkənin gələcəyinə xidmət edən dövlət siyasətinin prioritet istiqamətlərdən biridir. Təhsil sisteminin müasir tələblər səviyyəsində qurulmasının əsasında, məhz məqsədyönlü siyasət və düşünülmüş strategiya dayanır. İnşa olunan hər bir məktəb binası, yaradılan müasir təhsil infrastrukturu savadlı, intellektli və vətənpərvər gəncliyin yetişdirilməsi məqsədlərinə xidmət edir. Dövlət qayğısı təhsildə keyfiyyətin yüksəldilməsinə zəmin yaradır, daha yüksək hazırlıqlı nəsillərin yetişdirilməsi işinə güclü təkan verir. Müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlarda dövlətin qayğısı əsas rol oynayır, təhsil işçilərini daha böyük nailiyyətlərə səsləyir.125 illik şərəfli bir yol keçən məktəbin tarixinə nəzər saldıqda aydın görünür ki, zaman dəyişsə də, məktəbdə müəllimlərin zəhmətinin bəhrəsi, onların yetişdirdikləri şagirdlərin müxtəlif sahələr üzrə ali təhsil alması, Vətən üçün layiqli övlad olması və təhsilverənlərin əməyinin qiymətləndirilməsi dəyişməyib. Məktəb kollektivini, kənd əhalisini məktəbin 125 illik yubleyiley münsibəti ilə təbrik edib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nümayəndələri Vəli Əmirli və Cavid Məmmədli çıxış edərək, təhsilin Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri olduğunu, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına böyük diqqət yetirildiyini və bu gün Prezident İlham Əliyev tərəfindən bu ənənəyə sadiq qalaraq təhsil islahatlarının uğurla davam etdirildiyini diqqətə çatdırıb. Tədbirdə təhsil müəssisəsinin tarixindən və qazandığı uğurlarından bəhs edən videoçarxlar nümayiş olunub. Yubiley tədbirində şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Sonda məktəbin fərqlənən müəllim və şagirdlərə fəxri fərmanlar, məktəbin veteran müəllimlərinə xatirə hədiyyələri təqdim olunub.

Zümrüd Bayramova

Digər xəbərlər