Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprel ayının 25-də Sofiyada Bolqarıstan, Ruminiya,Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOKAR arasında Anlaşma Memorandumunun imzalanması mərasimində çıxış etmişdir. Mərasimdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası beynəlxalq təşkilatların işində fəal iştirak edərək milli maraqlarını qlobal siyasətdə müdafiə edir. Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılımş xarici siyasət xətti yürüdən rəsmi Bakı bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləş-dirilmişdir.
Rəsmi Bakı Avropa İttifaqı ilə bir sıra hüquqi sazişlər imzalamaqla azad bazar iqtisadiyyatının tam bərqərar olması, insan hüquqlarına və milli azlıqların hüquqlarına riayət edilməsi məsələlərinə dair təşkilata nəzarət-yoxlama səlahiyyətləri vermiş, əvəzində qurumdan ölkəmizə qarşı hər hansı diskriminasiya xarakterli qərarın qəbul olunmayacağına təminat almışdır. Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşıdır. Azərbaycan həmçinin Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarına çatdırılmasında həlledici rol oynayır. Nəhəng nəqliyyat infrastruktur layihələri Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətindən xəbər verir. İkinci Qarabağ müharibəsindən sonra regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar yaranıb və bütün kommunikasiyaların açılması münaqişədən sonrakı nizamlanmada mühüm məsələdir. Mövcud müasir infrastruktur və nəqliyyat Azərbaycana öz ərazilərində layihələri nisbətən qısa zamanda həyata keçirməyə imkan verəcəkdir. Çünki bu gün biz artıq şaxələndirilmiş nəqliyyat şəbəkəsinə malikik. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Lakin buna baxmayaraq, biz Avrasiyada mühüm nəqliyyat və logistik layihələrdən bəzilərini həyata keçirməyə nail olmuşuq. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi Zəngəzur dəhlizinin açılmasını ləngidir. Ermənistan istəsə də, istəməsə də bu dəhliz açılacaqdır.
Cənab Prezidentin Bolqarıstan səfəri göstərdi ki, Azərbaycan Şərqi Avropa ölkələri ilə enerji təhlükəsizliyi sahəsində strateji əməkdaşdır və əməkdaşlıq getdikcə inkişaf edir.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini