PDF Oxu

Siyasət

  • 4 012

“Üfüqlərdə doğan günəş” FOTOLAR

“Üfüqlərdə doğan günəş” FOTOLAR

02 may 2023-cü il tarixdə Şamaxı rayon mədəniyyət mərkəzində Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı və Şamaxı dövlət regional kollecinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Üfüqlərdə Doğan Günəş” adlı tədbir keçirilmişdir.Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib,önünə gül dəstələri düzmüşlər.Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra tədbirdə çıxış edənlər Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Dövlət Regional Kollecin direktoru İlham Vəliyev, Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov və Şamaxı Dövlət Regional Kollecin şöbə müdiri Kalbalı Musayev bildirdilər ki, qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq arenada rolu, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətləri olmuşdur. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülmüş müstəsna əhəmiyyətli işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş misli görünməmiş uğurlardan söz açıldı.Bildirildi ki, Prezidentin dərin zəkası, zəngin biliyi, mükəmməl rəhbərliyi, qətiyyəti və yorulmaz fəaliyyəti sayəsində, eləcə də hakimiyyətlə xalq arasında olan sıx bağlılığın nəticəsində iqtisadiyyatımız daha da güclənib, ölkəmiz hərtərəfli inkişaf edib, qüdrətli Silahlı Qüvvələrimiz formalaşdırılıb. Eyni zamanda, dövlətimizin beynəlxalq nüfuzu daha da artmaqla, dünya ölkələri sırasında mövqeyi hərtərəfli möhkəmlənib.

Çıxışlardan sonra kollecin bir neçə fəal əməkdaşı YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı tərəfindən partiyadakı səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olundular.Tədbirin sonunda kollecin müəllim və tələbələrinin ifasında mahnı və rəqslər nümayiş olundu.

Digər xəbərlər