PDF Oxu

Siyasət

  • 3 004

“Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” FOTOLAR

“Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü Dilarə Seydizadə, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü, “91-lər”dən biri Şahlar Əsgərov, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü Misir Mərdanov, Milli Məclisin deputatları- Emin Hacıyev, Səbinə Xasayeva, Ülvi Quliyev, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, əmək və əhalinin sosial müdafiəsi nazirliyinin Aparatının rəhbəri Fuad Musayev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Yasamal rayonu hüquq mühazifə orqanlarının rəhbərləri, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri, fəal gənclər iştirak ediblər.

Tədbirin rəsmi hissəsindən öncə YAP Yasamal rayon təşkialtının inzibati binasında yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Sonra ulu öndər Heydər Əliyevin və Respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.İştirakçıları salamlayaraq tədbiri açıq elan edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ilk öncə “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbirin baş tutmasının səbəbini Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərncamından irəli gəldiyini bildirib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz ümummilli lider Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Məhz bunun nəticəsidir ki, bu gün müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həm regional, həm də beynəlxalq müstəvidə yeni-yeni uğurlara imza atır. B.Nəbiyev qeyd edib ki, bütün bu nəaliyyətlərində kökündə heç şübəhsiz ulu öndər Heydər Əliyev siyasətinə sadiqlik, onun daha da inkişaf etdirilməsi və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Qələbədir. Məhz bu həmin Qələbədir ki, Azərbaycan regionda yeni reallıqlar yaratmaqla beynəlxalq müsətvidə bütün sahələr üzrə etibarlı tərəfdaş imicini qazanmış və dünya üzrə lider ölkələr sırasında özünə layiqli yer tutmuşdur.

Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü Dilarə Seydizadə ümumilli lider Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüb. Qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasını təmin edib. Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi dəyərləndirir. Çıxışın sonunda qeyd olunub ki, bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nəaliyyətlərin şah əsəri heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi və bundan doğan regionda yaranan reallıqlardır.

Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, “91-lər” dən Şahlar Əsgərov qeyd edib ki, fəaliyyətinin hər dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olmuşdur. Ümummilli Lider Heydər Əliyev milli dövlətçilik ideyalarını hər şeydən üstün tutmuşdur. Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Ümummilli Liderimizin siyasəti Cənab Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir.

Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar və Yeni Azərbaycan Partiyasına yeni üzv olanlara vəsiqələr təqdim edilib.

Tədbirə bədii hissə ilə yekun vurulub.

Digər xəbərlər