Azərbaycan xalqı bir neçə gün sonra Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasını 100-cü ildönümünü qeyd edəcəyik. Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan illər öncə bu ideologiyanı, yeni yüksəliş konsepsiyasını müəyyənləşdirən Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Bu əsər dünyada söz salıbi kimi tanınan, Günəş kimi doğan Azərbaycandır. Hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur. Müasir Azərbaycanın dövlətçilik tarixi dedikdə, ilk olaraq, Azərbaycan xalqının böyük öndəri, bütün həyatını Azərbaycan dövlətinin, xalqının mstəqilliyinə, inkişafına həsr etmiş unudulmaz rəhbərimiz Heydər Əliyev yada düşür.Dünya səviyyəli siyasət və dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının tarixində nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hər zaman politoloqların, tarixçilərin və tədqiqatçıların daim diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının milli dövlətçilik mübarizəsindəki misilsiz xidmətləri ilə bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdır. Ulu öndər çıxışlarının birində deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”.Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Onun Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzolunmaz xidmətlər olmuşdur. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll etməklə yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq Ümummilli liderin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas ortaq cəhətləri isə Heydər Əliyevin Azərbaycana böyük nailiyyətlər qazandıran xidməti, eləcə də ölkənin inkişafında yeni tərəqqi meyillərinin geniş vüsət alması olub. 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçilməsi, ilk dəfə ölkəmizdə hakimiyyət sükanına doğma xalqının taleyinə tam sahib çıxmaq iqtidarında olan Vətən oğlunun yüksəlməsi ilə Azərbaycanın həyatında həlledici və şərəfli bir mərhələnin başlanğıcını qoydu. Heydər Əliyevin respublikaya böyük uzaqgörənliklə və müdrikcəsinə rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycanda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Qısa bir müddətdə iqtisadi artım özünü göstərdi. Respublikada milli gəlir 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, kənd təsərrüfatı istehsalı 2,3 dəfə artdı. 250-dək yeni iri sənaye müəssisəsi yaradıldı və ölkənin sənaye potensialı əvvvəlki 50 ildəkini 2 dəfə üstələdi. “Təhsil millətin gələcəyidir”-- deyən Böyük tarixi şəxsiyyət Heydər Əliyev hər zaman elm və təhsilə böyük önəm vermiş, Azərbaycan elm və təhsili onun xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdur. Həmin dövrdə respublikanın elmi-texniki potensialında da əhəmiyyətli dərəcədə yüksəldi. Ötən əsrin 80-ci illərinin əvvələrində ölkə xaricində ən nüfuzlu ali məktəblərə respublikamızdan göndərilən gənclərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi.Heydər Əliyevin böyük uğurla həyata keçirdiyi fəaliyyət nəticəsində Azərbaycan keçmiş ittifaqın öz daxili iqtisadi imkanlarına və intellektual potensialına arxalanaraq özünü tam şəkildə idarə etmək iqtidarında olan iki respublikasından birinə çevrildi.Ümummilli lider Heydər Əliyevin ikinci dəfə, ölkəmiz üçün həlledici bir məqamda hakimiyyətə gəlişi Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və dövlətimizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaratmış oldu. 1993--2003-cü illəri əhatə edən respublikaya rəhbərliyi dövrü Heydər Əliyevin dünyanın ən nadir şəxsiyyətlərindən, görkəmli siyasi xadimlərindən biri olduğunu növbəti dəfə nümayiş etdirdi. Heydər Əliyevin siyasi müdrikliyi, iradəsi və qətiyyəti, mükəmməl idarəçilik qabiliyyəti sayəsində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan keçid dövrünün çətinliklərini uğurla arxada qoyub, 1996-cı ildən etibarən yenidən dirçəliş mərhələsinə daxil oldu. Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitliyin dayanıqlılığı, iqtisadi qüdrət və güclü sənaye potensialı, elmi-texniki tərəqqi, təhsil və səhiyyənin inkişafı, müasir ordu quruculuğu, xalqın rifahının və həyat tərzinin durmadan yaxşılaşdırılması, milli irsin qorunması və milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi Ümummilli liderin başlıca strateji hədəflərinə çevrildi.Heydər Əliyevin həyat amalı və siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil bir dövlət qurmaq idi. Tarixə müasir Azərbaycanın memarı olaraq düşən ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu.Azərbaycanın inkişafında qazandığı uğurların davamlı olması üçün Ümummilli liderin ən böyük fədakarlığı özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək, əldə olunmuş uğurların davamlılığını təmin edəcək davamçı-varis yetişdirməsindədir.
Bu gün ümummilli liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yorulmaq bilməyən fəaliyyəti nəticəsində yaşayır və inkişaf edir. Dövlət başçısının apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev kursunun uğurlu davamıdır. Xalqımız əmindir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. 2003-cü ildən bəri müstəqil dövlətimizin qurucusu və xalqımızın xilaskarı Heydər Əliyev cismən yanımızda olmasa da, onun ideyaları və böyük dühası əbədiyaşardır. Onun layiqli davamçısı Prezident İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirən övlad, həm də onun memarı olduğu dövlətin rəhbəri, qurduğu qüdrətli ordunun Ali Baş Komandanı kimi Heydər Əliyev ucalığının parlaq təcəssümüdür. Xalqımızın görkəmli oğlu Heydər Əliyevin irsi olduqca zəngindir. Öz həyat və fəaliyyəti, keçdiyi ömür yolu hər birimiz üçün zəngin həyat məktəbidir. Onun ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir. Azərbaycan xalqı qəlbində əbədi abidəsini ucaltdığı Ümummilli Liderinin anadan olmasının 100-cü ildönümünü öz dahi oğlunun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirməklə qeyd edir. Qədirbilən xalqımız Böyük Öndər Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur, onun müqəddəs ruhu qarşısında baş əyir.
S.C.Məhərrəmov
YAP Oğuz rayon təşkilatının sədri