PDF Oxu

Siyasət

  • 2 475

Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir! ŞƏRH

Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir! ŞƏRH

Müstəqil və qüdrətli Azərbaycanın dinamik, davamlı və hərtərəfli inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin alternativi olmayan məqsədyönlü siyasi kursu sayəsində ölkəmiz xaosdan sabitliyə, tənəzzüldən tərəqqiyə qədəm qoymuş, müstəqilliyimiz əbədi və dönməz xarakter alaraq güclənmişdir. Hazırda əldə edilən nəhəng uğurlar və möhtəşəm nailiyyətlər Heydər Əliyevin müəllifi olduğu hərtərəfli inkişaf strategiyasının təntənəsidir Ümummilli lider Heydər Əliyev əsrimizin parlaq siyasət adamıdır.Əminik ki, Heydər Əliyevin zəngin və çoxşaxəli irsi bundan sonra da doğma Azərbaycanın yeni zirvələr fəth etməsi və əzəmətli qələbələr qazanması yoluna gur işıq saçacaq. Bu müqəddəs irsi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının şərəfli vəzifələrindəndir. Məhz əbədiyaşar liderin müdrik daxili və xarici siyasəti sayəsində Azərbaycan müstəqilliyinin ilk illərində dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtulmuşdur. Vətəninə və xalqına, milli dəyərlərə və ənənələrə sıx bağlı olan dahi şəxsiyyət dövlətçilik maraqlarına hər zaman xüsusi həssaslıqla yanaşmış və milli mənafeləri hər şeydən üstün tutmuşdur. Qarşılaşdığı ciddi həyati təhlükələrə və təhdidlərə baxmayaraq, Ulu Öndər ən ağır və çətin günlərdə daim xalqın yanında olmuş, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi yolunda böyük cəsarət və fədakarlıq nümayiş etdirmişdir. Müstəqilliyimizin bərpasından ötən illərə nəzər saldıqda bir daha əminliklə söyləmək olar ki, həqiqətən də, tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin iştirakı ilə reallaşdırmaq mümkündür. Dahi şəxsiyyətlər nadir hallarda yetişir və özləri tarix yaradırlar. Azərbaycan xalqının böyük və dahi oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev məhz tarix yaradan əvəzolunmaz şəxsiyyət idi. Heydər Əliyev dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasına və xalqımızın uzun illərdən bəri arzuladığı müstəqilliyinə çatmasına nail olmuşdur. Azərbaycanın bu gün müstəqil dövlət kimi mövcudluğu üçün Heydər Əliyevə borcluyuq. Heydər Əliyev öz şərəfli və möhtəşəm fəaliyyəti ilə müasir, müstəqil Azərbaycan dövlətini yaratdı. Azərbaycanı həmişə müstəqil, inkişaf etmiş dünya dövlətləri sırasında görmək istəyən Heydər Əliyev bu barədə demişdir: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun olaraq istifadə olunmasında ulu öndər Heydər Əliyevin neft strategiyası mühüm əhəmiyyət daşıyır.Son 17 ildə ulu öndərin siyasi kursunu uğurla davam etdirən, Vətənə layiqincə xidmət edəcəyəm deyən Azərbaycan Prezidenti cənab İlham Əliyev öz vədinə sadiq qalaraq ölkəmizin bütün sahələrdə uğurlu inkişafını təmin etdi. Bu gün Azərbaycan iqtisadi inkişafına görə dünyada lider dövlətlərdən biridir. Lakin cənab Prezidentin həyata keçirdiyi siyasi kursda ən əsas məsələ torpaqlarımızın erməni işğalından azad olunması, ərazi bütövlüyümüzün bərpası idi. O, həmişə qətiyyətlə bildirirdi ki, biz heç vaxt torpaqlarımızın işğalı ilə barışmayacağıq, torpağımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Ölkə başçısı həmişə bəyan edirdi ki, biz münaqişəni danışıqlar, sülh yolu ilə həll etmək istəyirik, ancaq Ermənistan danışıqlarda konstruktiv mövqe tutmasa biz bu məsələni hərbi yolla həll edəcəyik. Bunun üçün Azərbaycan güclü orduya və iqtisadi gücə malikdir. 30 ilə yaxın bir müddətdə torpaqlarımızı işğal altında saxlayan erməni vandalları ərazilərimizi əbədi işğal altında saxlamaq istəyirdi və hətta yeni ərazilər ələ keçirmək iddiasında idilər.

Nicat İsmayılov

YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər