PDF Oxu

Siyasət

  • 1 890

Əli Kərimli müxalifətin üz qarasına çevrilib TƏHLİL

Əli Kərimli müxalifətin üz qarasına çevrilib TƏHLİL

Azərbaycanın sosial-iqtisadi cəhətdən böyük uğurlar əldə etməsi, insanların həyat səviyyəsinin yaxşılaşması, elm, təhsil və digər sahələrdə böyük nailiyyətlər qazanması ölkəmizin Cənubi Qafqaz regionunun şəriksiz lider dövləti olduğunu göstərir. Xüsusilə də, 44 günlük Vətən müharibəsində erməni-terrorçu dəstələrinin başını dəmir yumruqla əzərək ərazi bütövlüyünü bərpa etməsi, Azərbaycanın dünyada yerinin və rolunun möhkəmlənməsinə təkan verib. Artıq tam əminliklə demək olar ki, əgər dünya siyasətini müəyyənləşdirən 20 dövlət varsa, onlardan biri də Azərbaycan Respublikasıdır. Təbii ki, ölkəmizin uğurlarından dost sevinir, düşmən isə pərişan olub, qəm dəryasına qərq olur. Son vaxtlar bəzi yerli və xarici qüvvələrin fəallaşması, ölkəmizə qarşı qarayaxma kampaniyasını, iyrənc böhtanların səsləndirilməsi də, məhz dövlətimizin mütərəqqi uğurlarından pozucu şəbəkənin ciddi narahat olmasından irəli gəlir. Xüsusilə də, dağıdıcı müxalifətin məram və məqsədlərini anlamayan insanları milli və dövlətçilik maraqlarına qarşı qanunsuz hərəkətlərə təhrik etməyə cəhd göstərmələri də bundan xəbər verir. Sosial şəbəkələrdə, bəzi müxalif mövqeli gənclərin Əli Kərimlinin, Cəmil Həsənlinin, Arif Hacılının tapşırıqlarını yaymaları şəbəkənin Azərbaycanla bağlı geniş məkrli planlarının olmasından xəbər verir.

Müxalifətin dağıdıcı qanadı xarici ağalarından daha çox qrant almaq məqsədilə…

Sual oluna bilər, niyə daxildəki müxalifət və onların təbliğat maşını Azərbaycana qarşı böhtan kampaniyasının icraçıları rolunda çıxış edirlər. Cavab verilə bilər ki, qrant əldə etmək, maliyyə imkanlarına malik olmaq üçün hədyanlar danışır, mənasız ifadələr səsləndirirlər. Növbəti sual: Pul-para o qədərmi şirin oldu ki, ermənilərlə və ya ermənipərəst qüvvələrlə eyni cərgədə dayanıb, Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı kampaniyanın iştirakçısı olasan? Siyasi ekspertlərin gəldikləri qənaətə və araşdırmalara istinad etsək, yenə də məlum olur ki, müxalifətin dağıdıcı qanadı xarici ağalarından daha çox qrant almaq məqsədilə hər cür yaramaz və əxlaqsız vasitə və üsullardan istifadə etməkdən çəkinmirlər. Fakt budur ki, dağıdıcı müxalif məxluqları üçün dövlət, millət, xalq məfhumu da yoxdur. Onların əsas məqsədi bütün vasitələrlə ölkədə iğtişaşlar törətmək, ictimai-siyasi sabitliyi pozmaqdır. Lakin görünən ondan ibarətdir ki, dağıdıcı müxalifət və onların xaricdəki himayədarları ölkəmizə qarşı ən iyrənc metodları seçmələrinə baxmayaraq, hər nansı formada nəticə əldə edə bilməyəcəklər. Necə ki, yağı düşmən və onlara hərbi, siyasi dəstək verənlər torpaqlarımızı işğal altında saxlaya bilmədilər, nəhayətdə Yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz torpaq bütövlüyümüzü bərpa etdi, eləcə də ölkəmizdə sabitliyi pozub, milli birliyimizi sarsıtmaq istəyən dağıdıcı müxalifət istəyinə nail ola bilməyəcək. Ən yaxın perespektivdə dağıdıcı müxalifət parçalanaraq tarixin zibilliyinə atılacaq.

Xəstə müxalifətin müalicəsinə ehtiyac var

Müxalifət düşərgəsində Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyətlərini daha çox düşmənçilik üzərində quran partiya mənsubları arasında AXCP sədri Əli Kərimlinin mövqeyi digərlərindən fərqlənir. O mənada ki, Ə.Kərimlinin əsassız ittihamları ən qatı erməni milliyyətçilərinin ittihamları ilə eyniyyət təşkil edir. Özünü müxalifətin “lideri”, “aparıcı siması” kimi təqdim etməyə çalışsa da, əslində, pulahəris, öz şəxsi maraqlarını milli maraqlardan üstün tutan partiya sədridir. Ətrafında olanları zamanı yetişincə zərbə altında qoyub, partiyadan istefa verənləri qorxaq, satqın damğası vurmaqla ləkələməyə çalışıb. Əli Kərimli torpaqlarımızın müdafiəsində heç zaman iştirak etməyib, əksinə, bilərəkdən və ya bilməyərəkdən Qarabağla bağlı məxfi informasiyaların düşmənə çatdırılmasında iştirak edib. Nə özü, nə də ki övladları Azərbaycan Respublikasının ordusu sıralarında xidmət göstərməyiblər. Bu baxımdan, onun vətənpərvərlikdən geninə-boluna Sevinc Osmanqızının və digər özü kimi düşüncədən kasad şəxslərə verdiyi müsahibələr, açıqlamalar boş və mənasız uydurmalardan başqa bir şey deyil. Həm də Ə.Kərimli bütün çıxışlarında Qarabağ probleminin həllinin müharibə yolu ilə mümkün olmadığını bəyan edirdi. Hətta Azərbaycanın Müzəffər Ordusu Qaragöl istiqamətində mövqelərini möhkəmləndirən zaman, Ermənistanla şərti sərhədləri yaxınlığında yeni postlar qurulan zaman Ə.Kərimli bunun gərəksizliyini vurğulayıb, AXC-Müsavat haklimiyyəti dönəmində daxili qoşunlara rəhbərlik etmiş Fəhmin Hacıyevlə ağız-ağıza verib hay-küy qaldırırdılar. Bütün bunlar bir daha göstərir ki, Ə.Kərimlinin fəaliyyəti ancaq xarici ağalarının sifarişlərinə əsaslanır. Təbii ki, sifarişlər yerinə yetirilən zaman şəxsi istək və maraqları da qrant şəkilində nəzərə alınır. Belə xəstə təfəkkürə malik partiya sədrinin siyasi arenda qalmasının özü təhlükə mənbəyidir. Onun sağalması, sağlam təfəkkürdən çıxış etməsi də mümkünsüz görünür. Çünki o, uzun illərdir ki, xəstə düşüncələrini ürəyində, qəlbində yaşadan şəxs olub. Yəni, xəstəliyi canına, qanına, bir sözlə, bütün varlığına hopub. Son vaxtların müəyyən hadisələri təsdiq edir ki, Ə.Kərimli artıq mənasız xəstə çağırışları ilə, ətrafında olanları da bezdirib. Partiyadan istefaların son vaxtlar artmasının da, məhz bundan qaynaqlandığı ehtimal olunur.

İ.ƏLİYEV

Digər xəbərlər