May ayının 3-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının 38 saylı şəhər ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi. İclasda YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və ərazi partiya təşkilatının üzvləri iştirak edib. Gündəlikdə duran iki məsələ müzakirə olunub. I məsələ ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi, II məsələ ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi olmuşdur.Gündəlikdə duran I məsələ ilə əlaqədar 38 saylı şəhərərazi partiya təşkilatının sədri Elmin Nuri hesabat dövrü ərzindəki fəaliyyəti barədə məlumat verdi. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildirdilər.Gündəlikdə duran II məsələ müzakirə edilərək təkliflər dinlənildi. Çıxış və təkliflər dinlənildikdən sonra səsvermə nəticəsində Əliyev Əvəz Allahyar oğlu ərazi partiya təşkilatının sədri, Cənnətov Rövşən Tarverdi oğlu isə sədr müavini seçildilər. Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən bəhs etdi. K.Qurbanlı yeni seçilən sədr və sədr müavinini təbrik edərək onlara işlərində uğurlar arzuladı, təşkilat üzvlərinin partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə dəvət etdi. O, çıxışında 38 saylı şəhər ərazi partiya təşkilatının gələcək fəaliyyətində yeniliklərə imza atacağını, partiyanın rayon təşkilatının tapşırıq və tövsüyələrini operativ qayda da icrasının təmin olunmasından ötəri tədbirlər görüləcəyinə əminliyini ifadə etdi.
Rəfiqə