PDF Oxu

Siyasət

  • 6 339

"Müasir və müstəqil Azərbaycanın qurucusu" FOTOLAR

"Müasir və müstəqil Azərbaycanın qurucusu" FOTOLAR

YAP Oğuz rayon təşkilatı Oğuz Peşə Məktəbi ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Müasir və müstəqil Azərbaycanın qurucusu" adlı tədbir keçirilib. Ilk öncə tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Oğuz rayon mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri düzməklə, əziz xatirəsi ehtiramla yad etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbiri giriş sözü ilə məktəbin direktoru Səyyar Abdullayev açaraq Ulu Öndərin həyatı və fəaliyyəti barədə geniş məlumat verdi. O, qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi kimi düşmüşdür. YAP Oğuz rayon təşkilatının Oğuz Peşə Məktəbi ərazi partiya təşkilatının sədri Ceyhun Kərimov çıxış edərək, Ulu Öndərin Azərbaycan təhsilinə verdiyi töhfələri, aldığı qərarlarla təhsilimizin inkişafındakı müstəsna xidmətləri barədə məlumat verdi. Tədbirdə iştirak edən qonaqlar Bayan kənd ərazi icra nümayəndəsi Orxan Rəsulov, Oğuz rayon Gənclər və idman idarəsinin rəisi Ramiz Mahmudov, Oğuz rayon İcra hakimiyyətinin məsul işçisi Cavid Həmidov, ATİAHİ Oğuz Rayon komitəsinin sədri Fərman İbrahimov, DQİDK Şəki bölgəsi üzrə Oğuz rayon nümayəndəsi Samir Salehov çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs etdilər. Tarixə öz adını əbədi həkk etmiş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmiş, vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışdılar. Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən tədbirdə Ulu Öndərin müstəqil Azərbaycanın inkişafındakı misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırlanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, bizə əmanət qoyduğu ideyalarının təntənəsi olduğunu xüsusi qeyd etmişdilər.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov hər zaman azərbaycanlı olması ilə fəxr edən, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətləri, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi barədə məlumat verib. O, bildirib ki, Ümummilli Lider Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu Azərbaycanın və onun xalqının rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasını, onun uzaqgörən və müdrik siyasətini keyfiyyətcə yeni müstəvidə ugurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi, həmçinin gərgin əməyi və yorulmaz fəaliyyəti ilə respublikamızda aparılan islahatlar və əldə olunmuş böyük nailiyyətlərdən bəhs edən Saleh Məhərrəmov ölkəmizin sürətlə və hərtərəfli inkişaf etməsini, dövlətimizin daha da qüdrətlənməsini xüsusi vurğulayıb. Qeyd edib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad edib, ərazi bütövlüyümüz bərpa olunub.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş olunub. Daha sonra məktəb kollektivinin üzvlərinin ifasında Ümumilli liderə həsr olunmuş müxtəlif şeirlər və mahnılar səsləndirilmişdir. Ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, video çarxlar izlənilmişdir.

Tədbirin sonunda məktəbin fərqlənən müəllim və şadirdlərinə fəxri fərmanlar təqdim olunub.

Digər xəbərlər