Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının “H.Cavid pr. 25”(Azərbaycan Texniki Univeristeti) ünvanı üzrə ərazi partiya təşkilatında ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı Şahin İsmayılov, Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvləri, Milli Məclisin deputatları-Naqif Həmzəyev, Məlahət İbrahimqızı, Milli Məclisinin deputatları- Fatma Yıldırım, Anar Məmmədov, Rüfət Quliyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, YAP Yasamal rayon təşkilatının əməkdaşları, “A“H.Cavid pr. 25” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Həbib Mirzəyev, ərazi üzrə partiyanın üzvləri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.İştirakçıları salamlayaraq tədbiri açıq elan edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev əvvəlcə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə keçirilən tədbir tədbirin baş tutmasının Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərncamından irəli gəldiyini bildirib. Qeyd olunub ki, müasir Azərbaycanın qurucu lideri Heydər Əliyevin ibrət dolu həyat hekayəsinin hər anı öyrənilməli və gələcək nəsillərə çatdırılmalıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır.Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, hər bir azərbaycanlının qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş ulu öndər Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu. Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bənzərsiz fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunmuşdur. Ulu öndər Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyasının əsas nüvəsini müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi təşkil edirdi. Onun ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası sahəsində, həqiqətən, misilsiz fəaliyyəti nəticəsində ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, ümumilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin intensiv inkişaf mərhələsini və tariximizin ən şanlı dövrünü təşkil edir.Vurğulanıb ki, bu gün isə Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımlayır. Bu yol ulu öndər Heydər Əliyev yoludur. Bu gün tam əminliklə deyə bilərik ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, müasir-müstəqil Azərbaycanımızın sağlam dövlətçilik əsasının dayanıqlı təməlləri üzərində, bu şərəfli siyasi yolun layiqli davamçısı Prezident İlham Əliyev çox məharətlə davam etdirir. 44 günlük Vətən müharibəsinin qələbə ilə başa vuran Azərbaycan xalqı Heydər Əliyev siyasi kursunun alternativi olmadığını bir daha təsdiq etdi.
Milli Məclisin deputatları- Məlahət İbrahimqızı, Anar Məmmədov, Naqif Həmzəyev və Rüfət Quliyev ulu öndər Heydər Əliyevin həyat və uğurlu fəaliyyətindən söz açaraq qeyd ediblər ki, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz ulu öndər Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ümummilli lider Heydər Əliyevin həyat amalının təntənəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndər Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin uğurlu siyasəti 2003-cü ilin oktyabrından Ümummilli Liderin siyasi kursunun ən layiqli davamçısı -Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir.Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar və partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.