Tariximizi bilmək təkcə bizə qədimliyimizi tanıtdırmaq üçün lazım deyil. O həm də şəxsiyyətlərin hadisələrə, dövlətə və cəmiyyətə münasibətlərini qiymətləndirə bilməyimiz üçün lazımdır. Hər kəs tarixdə öz əməli ilə tanınır və qalır. Ümummilli lider Heydər Əliyev çox böyük maneələri dəf edərək ən uca zirvələri fəth etməyi bacaran tarixi şəxsiyyətdir. Bir insan ömrünə sığmayan işlər görən Heydər Əliyev sovet ideologiyasının hakimolduğu bir dövrdə bütün çətinliklərə sinə gərərək qərhamanlıq nümunəsi göstərdi. Cəmiyyəti yenidən qurmaq, sosial-iqtisadi inkişafa nail olmaq, qələbəmizi və tərəqqi yolumuzu bu böyük şəxsiyyət müəyyənləşdirdi. O, insanları vahid ideologiya ətrafında birləşdirməyi bacaqdı. Azərbaycan dövlətçiliyinin xilasından sonra inkişaf mərhələ-mərhələ bu günümüzə gəlib çatıb. Ulu öndər Heydər Əliyev millətin taleyini yaşadı. Ölkədə yaranmış xaos vəziyyəti sistemləşməyə doğru apardı. Üfüqlərdə görünən əl çatmaq arzuları həqiqətə çevirdi. Bir uğurun, bir qələbənin əsası prinsipial və qəti qərarlardır. Ulu öndər Heydər Əliyev bu prinsipial və qəti qərarlarla dəqiq və inamla addımladı. Azərbaycan xalqı öz liderinə inanaraq onunla birgə bu yola çıxdı. Bugünkü Qalib Azərbaycana baxaraq qürurla deyə bilərik ki, bizim seçimimiz doğru olub. Ulu öndər Heydər Əliyev öz ömrünün qalan hissəsini öz xalqının rahatlığına, xoş gələcəyinə həsr elədi. Dövlətin bütövlüyü uğrunda çalışdı və öz əməlləri ilə tarixin şərəfli səhifəsini yazdı. Bu böyük şəxsiyyət Vətənə xidməti ilə ölməzlik tarixi yazdı.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının böyük şəxsiyyətlərindən biridir. Dünyada oxşar talelər yaşamış şəxsiyyətlər var – Fransanın Şarl de Qoll, Almaniyada Konrad Adenauer, Türkiyədə böyük Mustafa Kamal Atatürk. Ulu öndər Heydər Əliyev dünya siyasətində bu aparıcı simalarla bir sırada durur. Onun dünya siyasətində aparıcı simalarından biri olması və zəngin siyası təcrübəsi sayəsində ölkəmiz BMT, Avropa Şurası, Avropa Birliyi, Nato və başqa beynəlxalq təşkilatlarla əlaqələr yaratmışdır.Ulu öndər Heydər Əliyev yolu Azərbaycan dövlətçiliyinin yüksəlişi, xalqın milli tərəqqi yoludur. Ümummilli lider Heydər Əliyev Müstəqil Azərbaycanın banisidir. Bütün həmvətənlərim kimi mən də dövlətimizin gündən-günə yüksəlməsini qəlbdən arzulayıram.
Şəhla Xəlilova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu üzrə
ərazi partiya təşkilatının sədri