PDF Oxu

Siyasət

  • 2 035

Nəsimidə "Heydər Əliyev ili" çərçivəsində tədbir keçirilib FOTOLAR

Nəsimidə "Heydər Əliyev ili" çərçivəsində tədbir keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Bülbül prospekti 36 üzrə (A.Novruzbəyli adına 46 nömrəli tam orta məktəb) yerləşən ərazi partiya təşkilatında Ümummilli lider "Heydər Əliyev ili" çərçivəsində "Nizami Gəncəvi yaradıcılığının dünyası" adlı tədbir keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Bələdiyyəsinin sədri Əziz Zeynalov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və məktəbin pedaqoji kollektivi iştirak edib. İlk öncə tədbir iştirakçıları məktəbin foyesində məktəblilərin hazırladıqları sərgiyə tamaşa ediblər.Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, sonra Ümummlli lider Heydər Əliyevin və torpaqlarımzın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri Nəsimi rayonu A.Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin direktoru Sevinc Budaqova açaraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün misilsiz xidmətlərindən danışıb.Sonra məktəblilərin hazırladıqları "Xarı bülbül" rəqsi, "Yeddi gözəl" poeması əsasında hazırlanmış kiçik səhnəciklər və Ulu öndər Heydər Əliyevə həsr olunmuş şerlər təqdim olunub.

Nəzakət Ələddinqızı

Digər xəbərlər