PDF Oxu

Siyasət

  • 2 533

Nəsimi rayonunda Ulu öndərin 100 idlik yubileyi münasibətilə tədbirlər davam edir FOTOLAR

Nəsimi rayonunda Ulu öndərin 100 idlik yubileyi münasibətilə tədbirlər davam edir FOTOLAR

2023-cü il Azərbaycan Respulikasında "Heydər Əliyev ili" elan edilməsi ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirilir. Tədbirlər planına uyğun olaraq Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının M.Cəlal küçəsi 26 üzrə (240 nömrəli tam orta məktəb) yerləşən ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin birinci müavini Gülara Verdiyeva, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, məktəb direktorları, valideynlər, müəllimlər, şagirdlər iştirak ediblər. Tədbirdə Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən rəngarəng, maraqlı videolar nümayiş etdirilib.
Ulu Öndərin sevdiyi gözəl nəğmələr ifa olunub. Ümummilli liderə həsr olunmuş şerlər səsləndirilib. Bir-birindən maraqlı ifalar instrumental alətlərdə səsələndirilib. Doğma Vətənimiz Azərbaycana həsr olunmuş rəqslər nümayiş etdirilib. Müxtəlif kompozisiyalar təqdim edilib.
Tədbirin sonunda qonaqlara çıxış etmək üçün söz verilib. Onlar Ulu Öndərin Azərbaycana olan sevgisi, xalqa həsr olunmuş ömrü haqqında öz fikir və düşüncələrini bölüşüblər.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər