2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə 05 may 2023-cü il tarixdə YAP Tərtər rayon təşkilatı tərəfindən gənc partiya fəallarının Tərtər rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.Ekskursiyada YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, idarə müəssisə və təşkilatların gənc partiya fəalları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Tərtər rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etmişlər.Sonra ekskursiya iştirakçılarına müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilmişdir. Gənclər Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla tanış olublar. Sonda YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov tərəfindən partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə YAP üzvlük vəsiqələri təqdim edilmişdir.
Rəfiqə