Ulu öndər Heydər Əliyev XX əsrin parlaq simalarındandır. O, bütün dünya tərəfindən qəbul edilir və qiymətləndirilir. Ulu öndər Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin banisidir. O, öz həyatını Azərbaycanın tərəqqisinə və çiçəklənməsinə, beynəlxalq aləmdə tanınmasına həsr etmişdir. Onun üçün dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılması, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, Azərbaycanda demokratik dövlət quruculması hər şeydən öndə gəlir. Ulu öndər Heydər Əliyev həmişə vurğulayırdi ki, bir dövlətin güclü iqtisadiyyatı olmalıdır. Və bunu da bilirdi ki, uğura gedən yol təhsildən keçir. Ona görə Umummilli lider Heydər Əliyev birinci növbədə təhsildə islahatlara başladı. Elmin əsasları, ali məktəblərə və elmə gedən yol ümumtəhsil məktəblərindən keçir. Buna görə də savadlı gənclər yetişdirilməsi üçün ümumtəhsil məktəblərinin təhsilinə diqqət yetirmək lazımdır. Ulu öndər Heydər Əliyev bununla əlaqədar orta ümumtəhsilə dair qayğı göstərirdi.
XX əsrin tarixinə nəzər salsaq görərik ki, müstəqilliyin bünövrəsi o vaxtdan başlanmışdır. Ulu öndər Heydər Əliyev 1969-cu ildə respublikanın siyasi rəhbərliyinə gələndə Azərbaycanın taleyi yaxşıya doğru dəyişdi. 1969-1982 illər Azərbaycan istər social-iqtisadi, istərsə də ictimai-mədəni sahələrdə güclü inkişaf yolu keçməyə başladı. Elə həmin dövrdə demokratik idarəetmənin ilk rusşeymləri yarandı.
Sovet dönəmində azərbaycan kadrları demək olar ki, cox az idi, SSRİ-in ən nüfuzlu ali məktəblərində azərbaycan gənclərinin təhsil almasının da şansı yox idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi azərbaycan gənclərinin gələcəyinə işıq saçdı. 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 170 dən çox ən nüfuzlu ali məktəblərində tibb, xalq təsərrüfatı, elm, təhsil, incəsənət və mədəniyyət sahələrini əhatə edən və ehtiyac duyulan ixtisas üzrə 15 000 artıq azərbaycanlı gənci ali təhsil almışdır. Hərbi milli kadrların hazırlanması da, ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmadı. Azərbaycan gəncləri sistemli şəkildə SSRİ-nin ali hərbi məktəblərinə göndərildi. 1970-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradılmasını da xüsusi vurğulamaq lazımdır. C. Naxçıvanski adına hərbi məktəbin yaradılması Azərbaycanda hərbi məktəblərlərin inkişafına sonrakı dövrlərdə də mühüm rol oynadı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb. Həmçinin Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi litsey, Cəmşid Naxçıvanski adına hərbi litsey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi də Milli Müdafiə Universitetinin adı altında fəaliyyət göstərəcəklər.
Qürur hissi ilə demək olar ki, bu gün müstəqil Azərbaycanın milli ordusuna rəhbərlik edən zabitlərin əksəriyyəti məhz ulu öndər Heydər Əliyevin o illərdə təhsil almağa göndərilən gənclərdir.
Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldiyi gündən ölkədə ilk olaraq daxilində ictimai-siyasi əsayişi bərpa etdi. Hərbi qanunları əsasında ordu yaradılmasına başladı, atəşkəsi bərpası üçün məsələləri həll etdi, hər tərəfli inkişaf proqramı hazırladı və həyata keçirtdi. 1995-ci ildə ulu öndər Heydər Əliyevin göstərişi və tövsiyəsi ilə məharət qabiliyyətli və xüsusi bacarığı olan hərbi biliyə yiyələnmək istəyən vətənpərvər gənclərin sərhəd qoşunlarında kadrların hazırlanması məqsədi ilə xüsusi kurslar açıldı. Həmin kursların müdavimləri uğurla öz peşə bacarıqlarını və xüsusi ixtisaslarını təkmiləşdirərək sərhəd qoşunların inkişafında dəniz və quru sərhədlərini, habelə hava sərhədlərinin qorunmasında, etibarlı mühafisəsində fasiləsiz olaraq həyata keçirmişlər. Bu illər ərzində sərhəd qoşunları qarşısında duran mühüm tapşırıqların yerinə yetirilməsində bir sıra uğurlu nəticələr və naliyyətlər əldə olunmuşdur. Sərhəd qoşunlarının yaranmasında ulu öndərin, Respublikanın dahi memarı, ideaları ölməz, bəşəri prinsiplərlə xalqına dəyərli olan ulu öndər Heydər Əliyevin rolu əvəzsizdir.
1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I forumunda ümummilli lider Heydər Əliyev öz nitqində demişdi: “Hər bir azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcəy yolu kimi qəbul etməlidir və öz həyatının qurarkən özünü həyat fəaliyyətinə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən, özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycannın bu günü, gələcəyi haqqında düşünməlidir… Azərbaycan müstəqilliyinin inkişaf etdirmək üçün, qurmaq üçün möhkəmləndirmək üçün və onu əbədi etmək üçün vaxt lazımdır. Ancaq, eyni zamanda, hər gün çalışmaq lazımdır, hər gün fəaliyyət göstərmək lazımdır. Buna görə də sizin əsas vəzifəmiz bundan ibarət olmalıdır.
Bunun üçün Azərbaycanın Əsas Qanunu var, Konstitusiyası var. İndi bütün gənclərin fəaliyyəti artıq keçmiş ideoloji tələblərdən, ideoloji prinsiplərdən azaddır. Hamımız üçün bir məqsəd var, müstəqil Azərbaycan Respublikası və onun Əsas qanunu – Konstitusiyası var. Hesab edirəm ki, keçən il bizim ən böyük nailiyyətimiz müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasını qəbul etmək oldu. Konstitusiya referendum vasitəsilə, ümumxalq səsverməsi vasitəsilə qəbul olundu. Hesab edirəm ki, bu uzun ömürlü Konstitusiya olacaqdır və Azərbaycanın dövlət müstəqilliyini təmin etmək üçün, Azərbaycan xalqının gələcək rifahını təmin etmək üçün çox gözəl yollar açır və açacaqdır”.
Ulu öndər Heydər Əliyev üçün hər şeydən öndə gənclərdə azərbaycançılıq məfkurəsinin və milli ruhun inkişafı, ana dilinin unudulmaması idi. Odur ki, Azərbaycan dili Dövlət dili kimi qəbul olunması o zamanlar üçün çətin olsa da ulu öndər Heydər Əliyev buna nail oldu. Bu akt Azərbaycan SSRİ-in 1978-ci il Konstitusiyasında təsbit olundu. Sovet dövründə bu cəsarətli addım idi. Heydər Əliyevin ikinci hakimiyyət dövründə də bu məsələ diqqətdən kənarda qalmadı. Heydər Əliyev 1995-ci ildə referendumla qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində dövlət dilimizin Azərbaycan dili olması öz əksini tapdı. 2001-ci ildə ulu öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Bu Fərmanın əsas məqsədi dilimizin inkişafı və tətbiqində yaranan problemlərin aradan qaldırılması və Dövlət Dil Komissiyasının yaradılması idi. Ümumilli lider Heydər Əliyevin 2001-ci ildə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalandı və hər il 1 avqust tarixi Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 2002-ci ildə Azərbaycan dilinin tətbiqi, qorunması, inkişafı və ana dilinin dövlət dili kimi hüquqi statusunun təsbit olunması məqsədilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Möhtərəm Prezident cənab İlham Əliyev 2004-cü ildə “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamlar verdi.
Gənclik elə qüvvədir ki, məhz onun təhsili və elmi sayəsində dövlətin gələcəyi qurulur. Buna görə də ulu öndər Heydər Əliyev gənclərə diqətlə və qayğı ilə yanaşır, bütün sahələrdə düzgün istiqamətləndirilməsinə kömək edirdi. Gənclərin istənilən sahədə düzgün istiqamətləndirilməsi ölkənin gələcəyinin inkişafında və onun qorunub-saxlanılmasında əsas amillərdəndir.
Ulu öndər Heydər Əliyev həm birinci həm də ikinci hakimiyyət dövründə gənclərin qarşısında duran problemləri kökündən həll etməyə köməklik etdi. Bu baxımdan azərbaycan gəncliyinin təşkilatı yaranmasına zərurət doöğruldu. 1994-cü il iyulun 26-da ulu öndər Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Gənclər cəmiyyətin ayrılmaz hissəsidir. Dövlətimizin təhlükə altında qaldığı bir vaxtlarda ulu öndər Heydər Əliyev gənclərlə görüşür, onların fikir və mülahizələrini dinləyirdi. O dövrdən başlayaraq Azərbaycan gəncliyi hər tərəfli iknişaf etdi istər elm sahəsində istər ictimai-fəalliq işlərində istərsə də vətənpərvərlikdə.
Vətənimizin bu günü də gələcəyi də gənclərimizin fəaliyyətindən aslıdır. Vətən uğrunda, torpaq uğrunda Qabağa gedənlərin əksəriyyəti gənclər idi. Gənclərimizin yüksək vətənpərvər ruhda olması hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarıxı görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Qələbənin təməlində sözsüz ki, ulu öndər Heydər Əliyev siyasəti, uzaqgörənliyi, düzgün mövqe tutmuş, vətənpərvərlik ruhda inkişaf edən gənclik və ulu öndər Heydər Əliyev məktəbin davamçısı Ali Baş Komandan cənab İlham Əliyev durur.
Şəhla Xəlilova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu üzrə
ərazi partiya təşkilatının sədri