PDF Oxu

Siyasət

  • 1 883

Qubanın Uşaq İncəsənət məktəbində Ulu Öndərin yubileyi təntənəli şəkildə qeyd olunub FOTOLAR

Qubanın Uşaq İncəsənət məktəbində Ulu Öndərin yubileyi təntənəli şəkildə qeyd olunub FOTOLAR

4 may 2023-cü il tarixdə Quba şəhər Uşaq İncəsənət məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsi, Rayon Ağsaqqallar Şurasının sədri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba rayonu üzrə nümayəndəsi, Quba Heydər Əliyev Mərkəzinin direktor əvəzi, rayon ictimaiyyətinin nümayəndələri, şəhid valideynləri Bəxtiyar İbrahimov, Bəhrəm Məhəmmədov, müəllimlər və valideynlər iştirak etmişlər.