Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarov adına Quba İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat məktəbində Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının, Quba rayon Gənclər və İdman idarəsinin, Quba Regional “Asan xidmət” mərkəzinin və Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarov adına Quba İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə həvəskar gənclər arasında şahmat üzrə “Heydər Əliyev-100” çempionatı keçirilmişdir. Çempionatın açılışında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilmiş, daha sonra müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün qorunması yolunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çempionatın rəsmi hissəsini giriş sözü ilə Quba rayon Gənclər və İdman idarəsinin rəisi Mustafa Nöhbalayev açıq elan etmişdir. Yarışın açılışında Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba Regional “Asan xidmət” mərkəzinin əməkdaşı Ülvi Məmmədov və Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarov adına Quba İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat məktəbinin baş məşqçi- müəllimi Söhrab Murtuzov çıxışlar etmişlər. Şahmat üzrə “Heydər Əliyev-100” çempionatı 40-a yaxın gənc arasında 7 mərhələdə keçirilmişdir. Sonda qaliblər, eləcədə fəqlənən iştirakçılar təşkilatçılar tərəfindən kubok, diplom və medallarla təltif edilmişdir.