Andrey Fyodorov: İlham Əliyev güclü liderdir, bacarıqlı liderdir və ən əsası xarici siyasət sahəsində çox fəaldır
Rusiya xarici işlər nazirinin keçmiş müavini Andrey Fyodorov (1990-1991) “Moskva-Baku” portalına müsahibəsində Amerika platformasında Ermənistan-Azərbaycan nizamlanması üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında cari bir həftəlik danışıqlar prosesi haqqında və bu prosesin Rusiya və bütövlükdə Cənubi Qafqazdakı vəziyyət üçün nə demək olduğu haqda fikirlərini bildirib.
- Andrey Vladimiroviç, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar 4 gün ərzində Amerikada, ABŞ dövlət katibi Entoni Blinkenin də vasitəçiliyi ilə aparılıb. Dövlət Departamenti bəzi razılaşmaları açıqlayıb. Xüsusilə, Azərbaycan prezidentinin Rusiya ərazisində gözlənilən görüşü təsdiqləməsi prizmasından bu vəziyyətlə bağlı nə deyə bilərsiniz? Moskva görüşü niyə əvvəlcədən keçirmədi?
- Yəqin ona görə ki, Ermənistan-Azərbaycan prosesində moderatorların yerini tutmağa fəal şəkildə can atan amerikalıların, fransızların və digər Qərb “tərəfdaşlarının” məntiqini tam başa düşməliyik. Əgər biz əvvəlcədən Rusiya məkanında görüş keçirsəydik və nəyisə razılaşdırsaydıq, ondan sonra ABŞ və ya Aİ məkanında razılaşmalarımızı düzəltməyə başlaması riski yüksək olardı. İndi Moskva üçün Amerika danışıqlarının nəticələrini təhlil etmək vacibdir və prosesi korrektə etmək lazımdır. Moskva üçün onun düzəldilməsi, düzəltmək imkanının olması vacibdir. Bu vəziyyətdə ən vacib şey budur.
- Bununla belə, Moskva ABŞ-ın praktiki danışıqlar prosesində, deyək ki, irəli getməsinə imkan verməklə öz imicini əldən verirmi?
- Nə qədər ki, Moskvanın düzəliş etmək şansı var, demək əldən buraxmayıb. Bizi dinləyirlər.
- Yenə də Amerika danışıqları ciddi yanaşma kimi görünür. Bu danışıqlardan həqiqətən nə gözləyirsiniz?
- Amerikalılar sadə bir şey istəyir- Rusiyanın tədricən regiondan çıxarılması. Həm amerikalılar, həm də fransızlar bu barədə dəfələrlə açıq danışdılar. Onlar bildirdilər ki, Rusiya Federasiyasını əsas danışıqlar aparan, regionda təhlükəsizliyin təminatçısı kimi əvəz etmək istəyirlər. Onlar Rusiyanı Azərbaycan-Ermənistan münasibətləri üzrə müşahidəçi, ümumiyyətlə, Cənubi Qafqazdakı vəziyyət üzrə müşahidəçi kateqoriyasına keçirmək istəyirlər. Bu, getdikcə daha aydın görünən tamamilə aydın bir tendensiyadır.
İndi Rusiyanın obyektiv problemli vəziyyəti var: Ukraynaya görə həddindən artıq yüklənmə.
Bir daha xatırladıram: Nensi Pelosi, keçən il İrəvana gələndə demişdi: KTMT-dən çıxın, sabah Ermənistan hökumətinin milyard dolları olacaq. Yəni, ABŞ maliyyə təsir mexanizmlərini də özündə ehtiva edir. Azərbaycan daha sabitdir, ayaq üstədir, Ermənistan isə maliyyə təzyiqinə məruz qala bilər. Bu reallıqdır.
- Sizcə, ABŞ-da heç nəyə imza atmayacaqlar?
- Söhbət imzalanmada yox, qapalı müqavilələrdədir. Bu, hər hansı rəsmi imzalanmış sənəddən daha vacibdir. Çünki Qərbin regionda bütün sonrakı strategiyası məhz qapalı razılaşmalar əsasında qurulacaq. Və bu qapalı razılaşmalar əsasında Rusiyanın vəziyyətə təsir etmək baxımından sahib olacağı imkanlar müəyyənləşəcək.
Çox şey şüurlu şəkildə ictimai məkana çıxarılmayacaq. Bu, hər iki müqavilə tərəfi üçün əlverişsizdir.
- Amerika konkret olaraq kiminsə tərəfində oynayır, ya yox? Çünki xarici işlər nazirlərinin Amerika platformasında görüşündən əvvəl Dövlət Departamenti də Fransa kimi, Azərbaycan tərəfinin Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasının sülh prosesinə xələl gətirdiyini açıq şəkildə bəyan edib və blokun açılmasına çağırıb. Amma Rusiya Xarici İşlər Nazirliyi balanslı açıqlama verib.
- Amerika "uzun müddətdir" ki belə oynayır- bu, situasiyada başa düşülməli olan əsas amildir. Amerika üçün bizdən fərqli olaraq sabahkı nəticə əhəmiyyətsizdir. Onun üçün gələcək üçün vacibdir- sabah, o biri gün, o biri gün və s. ABŞ, kobud desək, yanmır. Və bu bizim vəziyyətimizdən fərqlidir. Rusiyaya hazırda Zaqafqaziyada sabitlik lazımdır. Bizim regiondan çıxmağımıza və Ermənistanın KTMT-dən çıxmasına gətirib çıxarmayacaq belə sabitlik.
Laçın dəhlizi ətrafında yaranmış vəziyyətlə bağlı Ermənistan “söz oyunu”ndan istifadə edir. İrəvan, gördüyümüz kimi, Qərb tərəfdaşları ilə təmaslarda həmişə Azərbaycanın sülhü blokladığını vurğulayır.
- Belə çıxır ki, Ermənistanı dinləmək Qərb üçün “rahatdır”?
- Qismən Fransada- bəli. Amerikalılar, dediyim kimi, uzun müddət oynamağa hazırdırlar. Onlar Ermənistanla bərabər oynayacaqlar, eyni zamanda Azərbaycanla sərt qarşıdurmaya girməməyə çalışacaqlar.
Bu gün amerikalılar üçün tərəf tutmaq sərfəli deyil. Onların ardıcıl olaraq irəlilədikləri strateji hədəfi var – davamlı olaraq, Rusiyanı bölgədən yumşaq bir şəkildə sıxışdırmaq. ABŞ yaxşı başa düşür ki, Rusiya Federasiyasını 1-2 günə regiondan çıxarmaq mümkün deyil. Və beləliklə, yumşaq ekstruziya taktikasından istifadə edirlər- addım-addım.
Ermənistan-Azərbaycan münaqişəsini nəhayət ki, bağlamağa Azərbaycanın ehtiyacı var. Bakının fikrincə, Azərbaycanın maraqlarına toxunmayacaq məqamlar qoyulmalıdır. Münaqişənin elə bir sonu olmalıdır ki, yeni münaqişə mərhələsinə gətirib çıxarmasın.
- Rusiya Xarici İşlər Nazirliyi mütəmadi olaraq Qərbin Ermənistan-Azərbaycan nizamlanmasında “vicdansız makler” olduğunu dedikdə, Kreml Qərbin danışıqlara “əsasını soxmasına” eyham vuranda, bu yolla hansı mesaj verilir? ?
- Bunlar Qərbə siqnallardır: uşaqlar, siz bura dırmaşmırsınız. Ancaq Qərb, aydın olduğu kimi, prinsipial olaraq belə edir.
Digər məsələ odur ki, biz Ermənistan-Azərbaycan həllini ən yüksək səviyyədə qərara bağlamışıq. Çünki bizdə kimin nə deməsindən asılı olmayaraq- məsələn, xarici işlər nazirlərinin-, həlledici söz yenə birinci şəxslərdədir.
Azərbaycan və Ermənistanı götürsək, Paşinyan birinci şəxs kimi qeyri-stabildir və müəyyən təzyiqlərə məruz qalır, yəni Paşinyana qarşı təzyiqlər var ki, bunu istisna etmək olmaz. Putinə də, Əliyevə də təzyiq etmək əbəsdir. Amma Ermənistanın baş nazirinə təzyiq edə bilərsən və bundan da istifadə olunur.
- Prezident Əliyev bildirib ki, İrəvanın sülh sazişi ilə bağlı yenilənmiş təkliflərinin növbəti variantında Ermənistan yenidən Azərbaycana ərazi iddiaları irəli sürür...
- Qarabağla bağlı vəziyyət ağırdır. Paşinyan üçün Qarabağı “təslim etmək” ölümcül bir şey deyil... amma çox çətindir... Qarabağ problemi Ermənistanın baş nazirinə daxili siyasi həyatda problemlər yaradır. Baxmayaraq ki, Ermənistanda çoxları Qarabağın itirilməsi ilə artıq barışıb.
Bu gün Paşinyanın hərəkət tərzi bu kateqoriyadandır: kiminsə boşqabında nəsə qalıbsa, onunla alver edə bilər. Onu verərik və həll edərik.
Ola bilsin ki, mən kinli davranıram, amma hazırkı danışıqlar prosesi ilə bağlı o qədər də optimist deyiləm.
- Sülhməramlıların hansısa yolla çıxarıla bilməsi ehtimalı varmı?
- Paris ötən həftə artıq İrəvandakı səfirliyində hərbi missiya yaratdığını bəyan edib. Bunun fonunda rəsmi İrəvan avropalı tərəfdaşlarına Azərbaycanla sərhəddə monitorinq missiyasını genişləndirməyi təklif etdiyini bəyan edib.
Fransa, fransalı diplomatlar, həmişə açıq şəkildə deyil, amma deyirlər ki, Qarabağa mavi dəbilqələr yerləşdirək. Bu yaxınlarda bir Fransa nümayəndəsi mənə dedi: “Mavi dəbilqələr Azərbaycanın qəbul etməyəcəyi qüvvədir”.
Bu variant- Rusiya sülhməramlılarının avropalılarla əvəzlənməsi təbii ki, Ermənistanın maraqlarına cavab verir.
Yeri gəlmişkən, Ərdoğanın hakimiyyətdə qalıb-qalmayacağı da regionun gələcəyi üçün çox önəmli faktordur. Əgər belədirsə, o, əvvəlki kimi Azərbaycanın regionda maraqlarını müdafiə etməyə davam edəcək. Əks halda, Qərbin təzyiqi altında vəziyyət daha da mürəkkəbləşəcək.
- İndi Paşinyan Ermənistanın emosiyaya qapılmaması lazım olduğunu, sülhə ehtiyacı olduğunu deyən bəyanatları bərpa edib...
- Bu, normal siyasi oyundur. Ermənistan isə bütün bu prosesdən bir tərəfdən yorulub, həm iqtisadi, həm də maliyyə cəhətdən yorulub. Amma Paşinyana siyasi manevr üçün yer açacaq bir həll lazımdır. Onun üçün təslim olmadığını göstərmək vacibdir.
Eyni zamanda, hesab edirəm ki, Azərbaycan hələ də yaranmış vəziyyətdə güclü mövqeyə malikdir. İlham Əliyev güclü liderdir, bacarıqlı liderdir və ən əsası xarici siyasət sahəsində çox fəaldır. Və bu, Azərbaycanın həm danışıqlar prosesində, həm də danışıqlar prosesindən kənarda öz mövqelərini səmərəli şəkildə müdafiə etməsi faktını xeyli dərəcədə müəyyənləşdirir. Amma bu gün rəsmi Bakı üçün ən vacib olanı bu gün baş verən və gələcək illərdə baş verəcək bütün qlobal dəyişikliklərlə Azərbaycan öz müqəddəratını təyin etmək kimi çətin vəzifə ilə üzləşməkdə davam edir. Çünki kim nə deyirsə desin, Rusiya və müxtəlif qütblərin qarşıdurmasının artması tendensiyası var.
Və Azərbaycanın indi dayandığı düz xətdə qalması çox vacibdir. Azərbaycan ciddi təzyiq obyekti olacaq, çünki dünyanın “bizimki” və “onlarınkı”na bölünməsi səviyyəsində yeni yenidən bölüşdürülməsi başlayır. Azərbaycanın bütün bunlardan sağ çıxması, bugünkü dövlət kimi qalması çox vacibdir.
Tərcümə - Elçin Bayramlı