PDF Oxu

Siyasət

  • 2 583

Böyük, yenilməz və qəhrəman xalqın qüdrətli oğlu! ŞƏRH

Böyük, yenilməz və qəhrəman xalqın qüdrətli oğlu! ŞƏRH

Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsil mənasında, «ömrümün qalan hissəsini də xalqıma bağışlayıram» deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi. Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev şəxsiyyəti xilas edə bilər. Burada məşhur fransız mütəfəkkiri Volterin “dövlətin xilası üçün bir dahi insan kifayətdir” kəlamı yada düşür. Heydər Əliyev də Tanrının Azərbaycan xalqının taleyinə bəxş etdiyi bir qismət, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi insan idi. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı.“Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” amalı ilə yaşayan Heydər Əliyev sözünü əmələ çevirməklə dünyanın ən böyük azərbaycanlısı adını daşımağa layiq olduğunu sübut etdi.“İnanıram ki, müstəqil Azərbaycan Respublikası həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır”. Uzaqgörənliklə deyilmiş bu sözlər bu gün həqiqətə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirir və ölkəmizi parlaq sabahlara aparır.Cənab Prezident ata vəsiyyətini , onun ən ağrılı yeri olan bir vəzifəni həyata keçirdi və düşmən üzərində tarixi qələbə qazandı. Ulu Öndərin ən böyük arzusu Qarabağımızı azad etmək, Şuşamıza getmək, işğal altında olan torpaqlarımızı düşməndən qurtarmaq idi. Bu arzunu Möhtərəm Prezidentimiz reallığa çevirdi. Bəli, 30 ildən sonra Azərbaycan öz əzəli torpaqlarını işğal altından azad etdi, bütövləşdi və tamamlandı.

Bu gün işğaldan azad edilmiş torpaqlarımızda nəhəng quruculuq və abadlıq işləri aparılır. Bu gün biz əzəli, əbədi olan Qarabağımıza qayıdırıq.“Tariximizin hər səhifəsi bizim üçün əzizdir”- deyən Heydər Əliyev Müstəqil Azərbaycanın şanlı tarixinin ən əziz səhifəsini təşkil edir.Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var.

Samirə Zeynalova

YAP Tərtər Rayon Təşkilatının mühasibi

Digər xəbərlər