PDF Oxu

Siyasət

  • 2 801

Şuşa Azərbaycanın təkrarolunmaz incilərindən biridir ŞƏRH

Şuşa Azərbaycanın təkrarolunmaz incilərindən biridir ŞƏRH

Şuşa Azərbaycanda hakimiyyətdə olan və ya hakimiyyətə gəlməyə çalışan bir çoxlarının xəyanəti nəticəsində işğal olunmuşdu. Ona görə də Şuşanın azad edilməsi, həqiqətən də, bizim ruhumuzun nümayişidir. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında səsləndirib.1992-il də silah gücünə hakimiyyəti ələ keçirmək istəkləri AXC-Müsavat cütlüyünün xalq arasında böyük uçurumun yaranmasına səbəb olmuşdu. Eyni zamanda, ölkədə yaranmış hərc-mərclik mühiti, geniş şəkildə tuğyan edən özbaşınalıq halları, vahid nizami ordunun yoxluğu və ölkədə baş verən vətəndaş qarşıdurması dövlətçiliyimizin sütunlarını ciddi şəkildə sarsıdaraq, onun gələcək mövcudluğunu böyük şübhə altına almışdı. AXC-Müsavat cütlüyünün kreslo sevdalığı 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri qədim və doğma şəhərimiz olan Şuşa şəhərinə hücuma keçərək işğal etdilər. 30 ilə yaxın davam edən işğal dövründə xalqımıza məxsus tarixi-mədəni irsin məhv edilməsi siyasətini həyata keçirən erməni vandalları tərəfindən yüzlərlə tarixi memarlıq abidəsi məhv edildi. Şuşa şəhəri tarixən nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri kimi zəngin inkişaf yolu keçmiş və xalqımız üçün milli-mənəvi dəyərlər baxımından önəmli yerə malik olmuşdur. Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarolunmaz incilərindən biridir. Şuşamız bu gün yerli və beynəlxalq tədbirlərə – konfranslara, seminarlara, festivallara böyük qonaqpərvərliklə qucaq açır, iştirakçıları özünün əsrarəngiz gözəllikləri, təbiət mənzərələri, tarixi-mədəni abidələri ilə valeh edir. Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransın keçirilməsi mühüm hadisədir.44 günlük Vətən müharibəsində Qalib Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu otuz ilə yaxın düşmən tapdağında inildəyən vətən torpaqlarını işğaldan azad edərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə müvəffəq oldu. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və Ali Baş Komandan İlham Əliyev müzəffər ordusu ilə, arxasında yumruq kimi birləşən xalqın iradəsi ilə Ulu Öndərin arzusunu gerçəkləşdirdi. Azərbaycan xalqı bununla fəxr edir, bütün azərbaycanlılar buna sevinir.

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Digər xəbərlər