PDF Oxu

Siyasət

  • 3 712

Azərbaycanın xalq təsərrüfatının fədakarlığı ŞƏRH

Azərbaycanın xalq təsərrüfatının fədakarlığı ŞƏRH

Mayın 9 faşizm üzərində Qələbə günüdür. Dövlətimiz faşizm üzərində tarixi Qələbədə öz üzərinə düşəndən artıq töhvələr vermişdir. Həmin şanlı Qələbədə böyük payı olan xalqımizin cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Azərbaycan xalqının qələbəyə töhfəsi təkcə ön cəbhə ilə məhdudlaşmayıb. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. Arxa cəbhədə çalışanların əmək rəşadəti dillər əzbəridir və bugünkü nəsillər üçün daim örnək olaraq qalacaqdır. Xalqımızın 170 mindən çox orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. Müharibənin başlandığı ilk gündən Bakı neftçiləri gecə-gündüz çalışaraq, cəbhənin və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin edirdilər. Ona görə də Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini təsəvvür etmək çox açıq şəkildə məlum idi. Ona görə də İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Vətən övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə vətənpərvərlik nümunəsi olacaqdır.

Böyük Vətən müharibəsi ərəfəsində sovet hökuməti ölkənin müdafiə qabiliyyətinin artırılması və möhkəmləndirilməsi üçün geniş plan işləyib həyata keçirməyə başladı.

Müharibə illərində Azərbaycanın xalq təsərrüfatının fədakarlığı. Respublikanın müəssisələri 1419 min ədəd şinel, 4227 min dəst yay geyimi, 3097 min alt paltarı, 1977 min cüt çəkmə, 1417 min patron çantası, 1468 min dəst trikotaj istehsal etmişdi. 1941-1945-ci illərdə Azərbaycan xalq təsərrüfatından orduya 5457 yük, 371 minik maşını və 301 digər avtomobil səfərbər edilmişdi. Azərbaycanın kənd əməkçiləri ölkəyə 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər. Azərbaycan xalqı arxa cəbhədə misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. 1941-ci ildə respublikada 66 hərbi hospital yaradılıb. Müharibə illərində respublikada donor hərəkatı genişlənilib. 1941-1945-ci illər ərzində yaralı döyüşçülər üçün cəbhəyə 41.609 litr qan göndərilib, 7.229 litr qanı əvəz edən preparatlar hazırlanıb. Müharibə dövründə respublikanın 149.170 vətəndaşı donorçu olub. 1942-ci ilin yanvarında tibb elmləri doktoru, professor Əziz Əliyevin sədrliyi ilə “Yaralı Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi” yaradılıb.Faşizm üzərində tarixi qələbənin qazanılmasında Xalqımızın ön və arxa cəbhələrdə göstərdikləri şücaətlər danılmazdır.Xalqımız faşizmə qarşı müharibədə həlak olanların xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Digər xəbərlər