PDF Oxu

Siyasət

  • 3 149

Qusarda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Qusarda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Qusar Mərkəzi Rayon Xəstəxanasında rayon İcra Hakimiyyəti, YAP Qusar rayon təşkilatı, Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Dahi" adlı tədbir keçirilib. Tədbir öncəsi xəstəxanada yaradılmış Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirə lövhələrinə gül dəstələri düzülmüşdür. Tədbir dövlət himninin səslənməsi ilə başlamışdır.İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın alınmasında canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş bir şəxsiyyət olduğunu vurğuladı.Çıxış edən natiqlər YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova,Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Rimma Şeydayeva, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əjdər Ağacanov, rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Lalə Kərimova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Ulu Öndər Heydər Əliyevin 100 illiyinin hər yerdə olduğu kimi rayonumuzda da böyük ruh yüksəkliyi ilə qeyd edildiyini vurğuladılar. Çıxış edənlər Ümummilli liderin həyatı və siyasi fəaliyyəti haqqında geniş danışaraq Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın tərəqqisindəki rolundan,müstəqillik və dövlət quruculuğundakı əvəzsiz xidmətlərindən və bu ideologiyanın uğurla davam etdirildiyindən söz açdılar. Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən film nümayiş olundu.

Digər xəbərlər