PDF Oxu

Siyasət

  • 1 704

Yasamal rayonunda ağacəkmə aksiyası keçirilib FOTOLAR

Yasamal rayonunda ağacəkmə aksiyası keçirilib FOTOLAR

Yasamal rayonunda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və YAP Yasamal rayonu “H.Cavid pr.33A” (Bakı Metropoliteni QSC) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə “Xocəsən” elektrik deposunda ağacəkmə aksiyası keçirilib.Aksiyada YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “H.Cavid pr.33A” (Bakı Metropoliteni QSC) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hidayət Məmmədov, YAP Yasamal rayon təşkilatının məsləhtçisi Aytəkin Əhmədova, ərazi üzrə Partiyanın üzvləri iştirak edib.Aksiya çərçivəsində 200 ədəd zeytun ağacı əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.Aksiyanın keçirilməsində əsas məqsəd Respublikamızda ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli lider Heydər Əliyevin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.Qeyd edək ki, bu günə qədər qeyd olunan ərazidə 1000-dən artıq ağac əkilib və yaşıllıq zolaqları salınıb.

Digər xəbərlər