PDF Oxu

Siyasət

  • 2 368

Adı tarixə əbədi yazılan Ulu Öndər Heydər Əliyev ŞƏRH

Adı tarixə əbədi yazılan Ulu Öndər Heydər Əliyev ŞƏRH

Hər bir xalqın mövcudluğu, ayaqda qalması, dövlətini inkişaf etdirməsi onun yetişdiyi liderinin apardığı siyasətdən çox asılıdır. Elə xalqlar var ki, liderinin olmaması səbəbindən dövlətçiliyini itirir və ya çətin proseslərlə üz-üzə qalırlar. Azərbaycan xalqı da ötən əsrin 90-cı illərin əvvəllərində ağır, üzcü vəziyyətlə üzləşmişdi. Hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyünün səhv, yanlış siyasət yürütmələri səbəbindən yenicə müstəqillik əldə etmiş Azərbaycan dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Ölkədə hökm sürən xaos və anarxiyadan istifadə edən erməni-daşnak hərbi birləşmələri ardıcıl olaraq torpaqlarımızı işğal edirdilər. Xalq küçələrə çıxıb baş verən özbaşnalıqların aradan qaldırılmasını tələb etsədə AXC-Müsavat iqtidarı insanları dinləmək istəmirdilər. Əksinə zor gücünə əhalini ədalətli çağırışlarından çəkindirməyə çalışırdılar. Belə çətin, ağır dönəmdə xalq bir araya gəlib kömək üçün Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Xalqın adından 91 nəfər ziyalının 1992-ci il oktyabrın 16-da ünvanladığı müraciətdə Ulu Öndər Heydər Əliyevdən yeni yaranacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsini xahiş etdilər. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda 550-dən çox nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ulu Öndərimizin yaratdığı və Sədr olduğu Yeni Azərbaycan Partiyası qısa müddətdə formalaşdı və ölkənin ən aparıcı partiyasına çevrildi. 1993-cü ildə isə YAP xalqın dəstəyilə hakimiyyətə gəldi. "Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam"- deyən Dahi Öndər Heydər Əliyevin hazırladığı mükəmməl strategiya nəticəsində Azərbaycan sakitlik adasına çevrildi, öz dövlətçiliyini qoruyub saxlamağa və inkişaf etdirməyə nail oldu. Cəmiyyətin siyasi-hüquqi cəhətdən təkmilləşdirilməsinə, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə şərait yaradıldı. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsinə və bununlada daxil olan neft gəlirləri hesabına ölkədə geniş quruculuq abadlıq işlərinin aparılmasına, əhalinin sosial iqtitisadi vəziyyətinin daha da yaxşılaşmasına təkan oldu.

Bugünkü güclü və qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Bütün sahələrdə o cümlədən gənclərin bilikli, savadlı böyüməsi, dövlət idarəetməsində iştirakının təmin olunması başlıca məqsədlərdəndir. Dahi Öndər Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə irəli sürdüyü ideya əsasında 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilir.Azərbaycan Gənclərinin I Forumunun ildönümü münasibətilə 1 fevral 1997-ci ildə gənclərin bir qrupunu qəbul edəndən sonra Ümummilli Lider Heydər Əliyev 2 fevral tarixinin Azərbaycanda Gənclər Günü elan edilməsi haqqında Sərəncam imzaladı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Ümumilikdə Azərbaycanda dövlət-gənclər siyasəti müstəqil Azərbaycanın gələcəyinə töhfə verən vətənpərvər gənclər yetişdirməyə yönəldilib. Fakt budur ki, 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam etməklə Azərbaycanının parlaq qələbəsi ilə başa çatan Vətən müharibəsində əldə edilən Zəfərdə Azərbaycan gənclərinin misilsiz xidmətləri olub. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev də öz çıxışlarında Azərbaycan gənclərinin, mərd oğullarının qəhrəmanlığını dəfələrlə bəyan edib. 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazan Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında olduğunu bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu Qələbənin sevincini yaşayır. Bu gün Yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdış başlayıb. Corcuq Mərcanlıdan başlayan Böyük Qayıdış, Zəngilan rayonun Ağalı kəndinə, Talış kəndinə insanların qayışı ilə davam etməkdədir. İlin sonuna qədər isə Laçın, Kəlbəcər, Şuşa rayonlarına, o cümldən Süs, Zabux və digər ərazilərə əhalinin köçürülməsi təmin oluncaq. Bununlada Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müdirik siyasətin, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirldiyi bir daha bütün dünyaya nümayiş etdirləcək.

Laçın İsmayılov,

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədr müavini

Digər xəbərlər