XX əsrdə Azərbaycan xalqının dünyaya bəxş etdiyi dahi şəxsiyyətlər sırasında ən parlaq ulduz ulu öndər Heydər Əliyev olmuşdur. Ölkəmizin inkişafında Heydər Əliyevin zəhməti, xidmətləri, qazandığı nailiyyətləri ölçüyəgəlməzdir. Azərbaycanı SSRİ məkanında ən qabaqcıl iqtisadiyyat və sənaye mərkəzinə çevirən Heydər Əliyev olub. O, xalqının qədim mədəniyyətinə, möhtəşəm tarixinə, mədəniyyətinə hər zaman böyük qayğı ilə yanaşmışdır. Böyük rəhbər Heydər Əliyevin uca şəxsiyyəti, nurlu obrazı illər keçdikcə daha əzəmətli və möhtəşəm görünür. Zəmanəmizdə Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə çevrilmişdir. Onun keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqətdən yoğrulmuşdur. Heydər Əliyev Azərbaycan xalqını yeni minilliyə, XXI yüzilliyə, qloballaşma əsrinə hazırlayıb çatdıran qüdrətli ümummilli liderdir. Müasir Azərbaycan dövlətçiliyinin qurulmasını və möhkəmlənməsini yalnız Heydər Əliyev ideyalarını yeni tarixi şərait və dəyərlər prizması ilə vəhdətdə təhlil etməklə düzgün nəticəyə gəlmək olar. Çağdaş siyasi tariximizin bu fundamental hadisəsi hər zaman gələcək nəsillər üçün xüsusi məktəbdir.
Azərbaycan Respublikasına uzun illər rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevə ölkənin siyasi, iqtisadi, mədəni və sosial inkişafında müstəsna irəliləyişlərin birbaşa təminatçısı kimi həmişə xalq tərəfindən dərin rəğbət bəslənilib. İnsanlar onunla, onun tarixi şəxsiyyəti və əməlləri ilə fəxr edir, ona dərin hörmət və etimadını hər zaman ifadə edirdilər. Ölkəmizin uğurlarının qazanılmasında bütün şüurlu həyatını xalqına, vətəninə həsr etmiş, mlli tariximizə qurucu və xilaskar rəhbər kimi daxil olmuş ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir. Bütün bunları müstəsna bir qədirbilənliklə dəyərləndirən xalqımız ulu öndərin anadan olmasının 100 illik yubileyini böyük təntənə ilə qarşılayır, onun ulu adını uca tutur, xatirəsinə sonsuz ehtiram bəsləyir. Azərbaycanın dövlət müstəqilliyini qoruyan və əbədiləşdirən lider kimi Heydər Əliyevin ideya və əməlləri daim bizimlədir! Heydər Əliyev bir çox cəhətlərinə görə nadir tarixi şəxsiyyət kimi yaddaşlara həkk olunub. Yeni Azərbaycanın yaradıcısı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir. Bugünkü azad, demokratik, güclü və güdrətli Azərbaycan xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsidir. Azərbaycan tarixinin şanlı səhifələrini yazan ulu öndərin keçdiyi həyat yolu bizə və gələcək nəsillərə əvəzsiz nümunədir. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində dəmir yumruğunun gücü ilə ulu öndərimizin vəsiyyət etdiyi Böyük Zəfəri bizə yaşatdı. Budur məhz Böyük Heydər Əliyev məktəbi, tarixi ümummilli lider ideyalarının yenilməzliyi. Ümumilli lider Heydər Əliyevin ideyaları 21-ci əsrdə onun layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən, Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyası tərəfindən uğurla davam etdirilir . Heydər Əliyev ideyaları yaşayan və yaşadan ideyalardır!
Əli Paşayev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi