PDF Oxu

Siyasət

  • 2 337

Ağdamda Ulu Öndərin yubileyinə həsr edilmiş tədbir keçirilib FOTOLAR

Ağdamda Ulu Öndərin yubileyinə həsr edilmiş tədbir keçirilib FOTOLAR

10 may 2023-ci ildə Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, YAP rayon təşkilatının, rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP fəalları, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin mərkəzi meydanda ucaldılmış abidəsi önünə tər gül dəstələri düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.Daha sonra Ağdam Muğam Mərkəzində tədbirin rəsmi hissəsi davam etmişdir. Rəsmi hissəyə başlamazdan əvvəl tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etdilər.Tədbiri giriş sözü ilə Ağdam İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov açaraq Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs etdi və bildirdi ki, bu gün sülh, əminamanlıq içərisində yaşadığımız müstəqil Azərbaycan Respublikası Ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir və xalqımız öz xilaskar oğlu ilə hər zaman qürur duymaqdadır.Digər çıxış edən natiqlər də Ümummilli lider Heydər Əliyevin şanlı ömür yolu barədə geniş nitq söylədilər.

Digər xəbərlər