PDF Oxu

Siyasət

  • 2 216

“Səs” qəzetinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı çapdan çıxıb XÜSUSİ BURAXILIŞ

“Səs” qəzetinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı çapdan çıxıb XÜSUSİ BURAXILIŞ

“Səs” qəzetinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı çapdan çıxıb. 32 səhifəlik xüsusi buraxılışda Dahi Öndərimizin istər birinci dəfə hakimiyyətdə olduğu dönəmi, istərsə də xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəldiyi dövrdə ölkəmizin iqtisadi, sosial, hərbi, diplomatik, elm, təhsil və digər sahələrdə qazandığı uğurlardan bəhs edən təhlillər, şərhlər, rəngli şəkillər yer alıb. Xüsusi buraxılışda Ulu Öndərimiz Heydər Əliyevin uşaqlıq, gənclik dövrü, ailə həyatı, birinci dəfə haklimiyyətə gəldiyi dövrdə respublikamız üçün gördüyü əvəzsiz işlər, 1993-cü ildə hakimiyyətə gəldiyi dövrdə Ulu Öndərimizin ölkədə baş verən xaos və anarxiyanı aradan qaldırması, Azərbaycanı sakitlik və sabitlik adasına çevirməsi, ordu quruculuğu, beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmlənməsi istiqamətində atdığı addımlar, 2003-cü il prezident seçkilərində öz namizədliyini geri götürərək xalqa müraciəti, sonrakı dövrlərdə Prezidentimiz İlham Əliyevin rəhbərliyilə əldə olunan uğurlar, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində görülən genişmiqyaslı işlərdən bəhs edən yazılar diqqəti cəlb edir.

Xüsusi buraxılışda oxucular “Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyevin, qəzetin əməkdaşları Zümrüd Bayramovanın, Nəzakət Ələddinqızının, Mətanət Məmmədovanın, Lalə Mehralının, İ.Əliyevin, V.Vəlilinin, E.Bayramlının və digər müəlliflərin fəxarət və qürur yerimiz olan Ulu Öndərimiz Heydər Əliyevin dövlətimiz və xalqımız üçün gördüyü əvəzsiz işlər barədə yazılarla tanış ola bilərlər.

Digər xəbərlər