PDF Oxu

Siyasət

  • 1 688

Cənab Prezidentin uğurlu siyasəti Azərbaycanı artan silsilədə inkişaf etdirir ŞƏRH

Cənab Prezidentin uğurlu siyasəti Azərbaycanı artan silsilədə inkişaf etdirir ŞƏRH

Bu gün Böyük Vətən müharibəsində alman faşizmi üzərində qələbənin 78-ci ildönümüdür. 1941-1945-ci illərdə olan Böyük Vətən müharibəsi sovet xalqının faşist Almaniyası və onun müttəfiqlərinə qarşı aparılan azadlıq mübarizəsidir. Müharibədə Azərbaycan tərəfindən 100 minlərlə döyüşçü iştirak etmişdir. Azərbaycanlılar bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olub. Müharibəyə yollanan 600 min Azərbaycan vətəndaşının 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Göstərdikləri misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz şücaətləri ilə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Böyük Vətən müharibəsi zamanı Azərbaycanın rayonunda iş formaları müharibənin tələblərinə uyğun dəyişdirilmişdir. Bundan əlavə, müharibə dövründə min tonlarla taxıl, ət, yağ və s. məhsullar cəbhəyə göndərilmişdir. İkinci Dünya müharibəsi illərində hərbi hospitallar dayanmadan və usanmadan yaralıları müalicə etmişdir. Müharibə dövründə rayonlarımızda uşaq evləri açılmışdır. Azərbaycan xalqı artıq üçüncü ildir ki, faşizm üzərində qələbəni qalib kimi qeyd edir. Azərbaycan özünün 44 günlük Vətən müharibəsindən sonra dünyada və regionda yeni reallıqlar yaradıb. Xalqımız bu dəfə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni faşizmi üzərində böyük bir qələbə qazanıb. Tarixən öz döyüşkənliyi, cəsurluğu, igidliyi və qorxmazlığı ilə seçilən bu xalq öz tarixinin səhifəsində bir çox qələbələrə imza atıb. Amma 44 günlük Vətən müharibəsilə qazanılan zəfər ölkənin tarixinə ən parlaq qələbə kimi həkk olunub.

Behbud Quluzadə

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər