PDF Oxu

Siyasət

  • 2 823

Biləsuvarda “Breyn-rinq” intellektual oyununun qalibləri mükafatlandırılıb FOTOLAR

Biləsuvarda “Breyn-rinq” intellektual oyununun qalibləri mükafatlandırılıb FOTOLAR

May ayının 10-da YAP Biləsuvar rayon təşkilatı Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayon təhsil sektoru ilə birgə müəllimlər arasında keçirdiyi “Breyn-rinq” intellektual oyununun qaliblərinin mükafatlandırılması mərasimini keçirdi. YAP Biləsuvar rayon təşkilatının inzibati binasında keçirilən mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayon təhsil sektorunun müdir əvəzi Aqil Bəşirov və qalib komandaların üzvləri iştirak edirdi. Tədbirdə K.Qurbanlı və A.Bəşirov Heydər Əliyev ilinin tarixi əhəmiyyəti və bu münasibətlə keçirilən tədbirlər barədə çıxış etdilər. Bu kimi tədbirlərin il ərzində davam etdiriləcəyi mərasim iştirakçıların diqqətinə çatdırıldı. Tədbirin sonunda qaliblərə diplom və hədiyyələr təqdim edildi, iştirakçılarla xatirə şəkli çəkildi. Məlumat üçün bildiririk ki, Ağayrı kənd tam orta məktəbin “Şuşa” komandası birinci yer, Nərimankənd kənd ümumi orta məktəbin “Suqovuşan” komandası ikinci yer, Bağbanlar kənd tam orta məktəbin “Zirvə” komandası üçüncü yerə layiq görülüblər. Zəhmətabad kənd tam orta məktəbinin “Zəfər” komandası isə fərqləndiyinə görə təşəkkürnamə ilə təltif edildi.

Digər xəbərlər