PDF Oxu

Siyasət

  • 2 531

Müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir FOTOLAR

Müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir FOTOLAR

Bu gün Heydər Əliyev Mərkəzində Lerik rayon İcra Hakimiyyətinin və “Respublika qəzeti”nin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.Tədbirdə Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, “Respublika qəzeti”nin bölgə müxbiri Əlisəfa Həsənov, Lerik rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Lerik rayon arxiv idarəsinin müdiri Baləddin Şükürov, Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının milli müqəddəratının həlli istiqamətindəki misilsiz xidmətlərindən danışdı. Bildirdi ki, Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.

Daha sonra çıxış edən “Respublika qəzeti”nin bölgə müxbiri Əlisəfa Həsənov, Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolundan danışıb, Azərbaycanın hərtərəfli inkişafı üçün həyata keçirdiyi böyük islahatlardan söz açıb. Bildirib ki, Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişi müstəqilliyini yenicə qazanmış Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi, müharibəyə cəlb olunmuş dövlətimizin gələcək qələbələrini təmin edəcək möhkəm təməli formalaşdırmaq fürsəti qazandı.

Çıxış edənlər Elxan Qənbərov, Hüseynbala Əliyev, Baləddin Şükürov, Hüsaməddin Abbasov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğu vurğulanıb. Bildirilib ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.

Digər xəbərlər